Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Nailə Əzizi Bakı xatirələrini təzələyib
Və yenidən Alim Qasımovla oxumaq istəyir
Şənbə, 13.02.2010

mətn ölçüsü  

Nyu-Yorkda yaşayan soydaşımız Bakıda xatirələrini təzələyib. 12 il əvvəl Azərbaycanı tərk edən soydaşımız Nailə Əzizi (Nailə Beydullayeva) artıq bir neçə gündür Bakıdadır. Xatırladaq ki, Nailə Əzizi vaxtilə bəstəkar Vaqif Gərayzadənin rəhbərlik etdiyi caz-folklor ansamblının tərkibində çalışıb. O həm klassik, həm də folklor janrlarında ifa texnikasına malik sənətçidir. Nailə Əzizi 1986-cı ildə Vaqif Gərayzadənin "Bayatılar" video çarxında Alim Qasımovla duetdə çəkilib. Hazırda Nyu-Yorkda yaşamaqla, orada "Melodiya" qadın xorunda çıxış edir. Nailə xanım uzun illər sonra yenidən xalq artisti Alim Qasımovla duet ifa etmək istəyir. O, arzusunu reallaşdırmaq üçün Alim Qasımovla görüşüb, danışmaq fikrindədir. Öyrəndik ki, xorda oxumaqdan başqa vokal dərsi deyən Nailə Əzizi səs tellərində problemləri olan müğənnilərə dərs vermək sistemini yaradıb. Hazırda amerikalılar üçün "Şərq üslubunda mahnı oxumaq texnikası" dərs vəsaiti üzərində işləyir. Nailə xanım etiraf edir ki, qürbətdə yaşayandan bəri patriot olduğunu anlayıb. Bu səbəbdən Vətəndən uzaqda Azərbaycan musiqisini təbliğ etməklə məşğuldur. Söhbətinin davamında Nyu-Yorkda Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq planlarının olduğunu da bildirib:

"Əvvəllər Azərbaycanı tərk etməyimə görə peşman idim. Lakin illər mənə bu peşmançılığı unutdurdu. Köhnə Bakı üçün çox darıxmışdım. Səfərimin ilk günlərində xatirələrimi təzələmək üçün metroya minmək istədim. Bəzi stansiyalarda yenidənqurma işləri aparılıb. Yeni görünüş xoşuma gəldi, lap muzeyləri xatırladır. Paytaxtda aparılan yeniliklər də gözdən qaçmır. Bakı günü-gündən müasirləşir. Mən bura qayıdanda başqa cür düşünürdüm. Lakin burada gördüklərim düşüncələrimi dəyişdi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Aysel Tarkanla duet oxumaq istəyir

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar

Samir Piriyev Türkiyə müstəvisinə meyillənir

Sərhəd Xidməti təlimlərə başlayıb

Bölmənin digər xəbərləri
 
Safura Əlizadə saksafonu "Eurovision" səhnəsində səsləndirmək istəyir
Gənc müğənni özünə güvəndiyini deyir

Gövhər Həsənzadə fanklub açır
Bəstəkar yeni ideyasını qələbə adlandırıb

Madonna sevgilisindən ayrıldı
Onların birlikdə görünməsi münasibətlərini əngəlləyib

Maykl Ceksonun ölümündə yeni səbəb
Onun həkimi 4 il həbs cəzası ala bilər

Natəvan Həbibi Dubayda klip çəkdirəcək
Bu işin rejissoru ərəb olacaq

ORT hələ də namizəd seçməyib
Rusiyadan "Eurovision"a qatılmaq istəyənlər bir o qədər tanınmış deyil

"Ebru Gündeşin sevgilisi qızımın həyat yoldaşı ola bilməz"
Azəri qızı Günelin atası deyir ki, Rza Zərrab əlində iki qarpız tutub

Rəqsanə plastik əməliyyatlara fasilə verib
Klip çəkilişi üçün Gədəbəyə yollanacaq

İslam Rzayevin əmanətini Xatirə kimə verib?
Xanəndənin həyat yoldaşı müğənnidən gileyləndi

İki tanınmış sənət adamı nikah bağlayacaq?
Xatun gəlinlik, Zabir isə bəy paltarında fotosessiya ediblər

Xəyyam Nissanovun ABŞ-da piarı aparılacaq
Orada dünya ulduzlarının çalışdığı studiyalarla işləyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər