Maykl Ceksonun ölümü ilə bağlı yeni səbəblər ortaya çıxıb. Xarici mətbuat yazır ki, pop kralın həkimi Murray istəmədən onun ölümünə səbəb olub və buna görə istintaqa cəlb edilib. Əgər iddialar əksini taparsa, onu 4 il həbs cəzası gözləyir.
Lakin Murrayın vəkili müdafiəçisi olduğu şəxsin günahsız olduğunu önə çəkərək iddianı rədd edən sübutlar göstərəcəyini bildirib.
"Cekson Murrayı London konsertləri öncəsi həkimi olaraq işə alıb. Bir müddət sonra Cekson Los-Ancelesdə həddindən artıq dərman qəbul etdiyi üçün zəhərlənərək ölüb. Yəni Murrayın ona göstərdiyi dərmanlardan kənara çıxaraq bir neçə ağır həbləri yuxu dərmanı adı ilə qəbul edib. Bu da onun ölümünə səbəb olub", - deyə vəkil bildirib.
|