çap et  
Safura Əlizadə saksafonu "Eurovision" səhnəsində səsləndirmək istəyir
Safura Əlizadə saksafonu "Eurovision" səhnəsində səsləndirmək istəyir
Gənc müğənni özünə güvəndiyini deyir
Şənbə, 13.02.2010

Xatun

Xəbər verildiyi kimi, fevralın 3-də "Eurovison-2010" üçün keçirilən milli yarımfinalda üç namizəd - Safura Əlizadə, Məryəm Şabanova və "Milk & Kisses" qrupu elan edilib. İddialı namizədlərdən olan Safura Əlizadə hesab edir ki, mayda Osloda keçiriləcək böyük finala Azərbaycandan məhz o gedəcək. Digər iki namizədi özünə güclü rəqib görən Safura öz səs imkanlarına güvəndiyini bildirib.

"Hər kəsin öz səs tembri var. Kimin zəif, yaxud güclü olmasını demək mənim üçün çətindir. Lakin onu deyə bilərəm ki, mənim tərzimdə oxuyan ifaçı yoxdur. Əgər yarımfinala çıxmışıqsa, deməli, bir-birimizə rəqibik". Səhnədə nəfəsli aləti ilə daha bir məharətini göstərən S.Əlizadə həyəcanlı anlarda alətin onun üçün həddən artıq ağır gəldiyini etiraf edib: "Ümumiyyətlə, nəfəsli alətlə səhnədə çıxış etmək həddən artıq çətindir. Çünki digər ifaçılardan fərqli olaraq mən tək mahnı deyil, saksafonda da ifa edirəm. Bunların hər ikisinə eyni diqqət ayırmaq lazımdır. Əgər şans bu dəfə də üzümə gülərsə, "Eurovision" səhnəsində də saksafonu səsləndirməyi düşünürəm.