Ərini öldürən qadının cəzası ağırlaşacaq
|
Məhkəmə bu cinayət işini ibtidai istintaqa qaytardı
Şənbə, 13.02.2010
|
|
Qəsdən adam öldürməkdə ittiham olunan Tərtər sakini Rəfiqə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş tərəf vəsatətlə çıxış edib.
Zərərçəkmişlər işin ibtidai istintaqa qaytarılmasını və Məmmədovanın cəzasının ağırlaşdırılmasını və ona CM 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsində əlavə edilməsini istəyiblər.
Məmmədovanın vəkili isə vəsatətin əsassız olduğunu və müdafiə etdiyi şəxsin günahının olmadığını deyib. Vəkil bildirib ki, Məmmədova qətl hadisəsini törətməyib.
Hakimlər vəsatəti təmin edərək, işin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul ediblər.
Məmmədova hazırda CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur. Məmmədova 2008-ci il noyabrın 28-də Tərtər rayonunun Səhləbad kənd sakini Vahid Məmmədovu kəsici alətlə qətlə yetirib.
|
|
|
|
|
|
|