Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Tələbə maklerləri"nin işi
"Tələbə maklerləri"nin işi
100-dən çox vətəndaşı aldadıb pulunu mənimsəyənlər yüngül cəza aldılar
Şənbə, 13.02.2010

Hacı mətn ölçüsü  

Azərbaycan Beynəlxalq Universitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslər 2005-ci ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə ABU-ya köçürüləcəyini vəd ediblər.

Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə CM 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunan Muradovun 4 il müddətinə azadlıqdan məhrum etmə, Hacıyevanın isə 3 il şərti cəza alması barədə hökm çıxarılıb. Hacıyeva məhkəmə zalından azadlığa buraxılıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

...Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb. Muradovun barəsində çıxarılmış hökm dəyişdirilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə qüvvədə saxlanıb. Lakin Muradov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti edib. Ali Məhkəmə onun şikayətini təmin edib və işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsində Ali Məhkəmənin həmin qərarı üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə təkrar baxılıb. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Prosesdə məlum olub ki, Muradov apellyasiya şikayətindən imtina etdiyi barədə məhkəməyə məktub göndərib. Həmin məktuba əsasən hakimlər apellyasiya şikayətinin baxılmasına xitam veriblər. Digər təqsirləndirilən Hacıyeva isə məhkəmənin hökmü ilə razılaşıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bazar ertəsi "Nabucco" imzalanır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

ABŞ Senatında "Nabucco" layihəsi üzrə dinləmələr keçirilib

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Bölmənin digər xəbərləri
 
Törətdiyi ağır cinayəti gizlətmək məqsədilə...
əsgər yoldaşının düşmən atəşi ilə öldürüldüyü görüntüsünü yaradıb

Qardaşların DVD üstündə qanlı davası
Qəbələ sakini qardaşını öldürüb 12 il iş aldı

Uşağı zorlayanın özünü tutub zorladılar
İndi hər iki tərəf hakim qarşısında dayanıb

Ərini öldürən qadının cəzası ağırlaşacaq
Məhkəmə bu cinayət işini ibtidai istintaqa qaytardı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər