Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Uşağı zorlayanın özünü tutub zorladılar
Uşağı zorlayanın özünü tutub zorladılar
İndi hər iki tərəf hakim qarşısında dayanıb
Şənbə, 13.02.2010

H.Zirəddinoğlu mətn ölçüsü  

Zorlamada təqsirli bilinən Davud Vəzirov, Firuz Eyyubov, Famil Eyyubov və Cavid Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başladı. Təqsirləndirilən şəxslər CM seksual xarakterli zorakılıq hərəkətləri (150.2.1, 150.2.3, 150.3.3) maddələri ilə ittiham olunurlar.

İttihama görə, 2009-cu ilin sentyabrında Qaradağ rayonu Korgöz qəsəbəsinin sakini, 1992-ci il doğumlu Davud Vəzir oğlu Vəzirov 9 yaşlı qonşusu Samiri (ad şərti verilib) qaranlıq bir yerə apararaq, onu zorlamışdır.

Azyaşlının hadisədən xəbər tutan valideynləri Vəzirovdan "qisas" alıblar. Azyaşlı oğlanın atası, 1974-cü il doğumlu Firuz Məhərrəm oğlu Eyyubov, əmisi, 1978-ci il doğumlu Famil və yaxın qohumları Cavid adlı şəxslər Vəzirovu maşına əyləşdirərək, qəsəbədən kənar bir yerə gətiriblər. Orada həmin şəxslər Vəzirovu əvvəlcə döyərək, ölümcül hala salıblar. Daha sonra onlar növbə ilə Vəzirovla cinsi əlaqədə olublar.

Baş vermiş hadisə ilə bağlı Vəzirov Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müracət edib. Hər iki tərəf şikayətçi olublar və zərər çəkdiklərini iddia ediblər. Lakin istintaq orqanı hər iki tərəfi təqsirkar bilib və işin istintaqını yekunlaşdıraraq, baxılması üçün məhkəməyə göndərib. İndi müttəhimlər kürsüsündə hər iki tərəf qanun qarşısında cavab verməli olacaq.

Bu cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası keçirildi. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı fevralın 11-nə təyin edilib. Prosesin qapalı keçiriləcəyi bildirilir.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə zorlamada təqsirli bilinən daha bir dəstəyə hökm oxunub. Gəncə şəhər sakinləri - Asif Hüseynov, Vüsal Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Elşad Quliyevə isə 2 il icbari cəza təyin edilib.

Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 22-də 18 yaşlı Samirəni (ad şərti verilib) zorlayıblar. Onlar daha sonra 14 yaşlı Elmanı (ad şərti verilib) zorlamışlar. Zərərçəkmişlərin şikayəti əsasında təqsirləndirilən şəxslər Gəncə şəhər polisinin əməkdaşları tərəfindən yaxalanmışlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Törətdiyi ağır cinayəti gizlətmək məqsədilə...
əsgər yoldaşının düşmən atəşi ilə öldürüldüyü görüntüsünü yaradıb

Qardaşların DVD üstündə qanlı davası
Qəbələ sakini qardaşını öldürüb 12 il iş aldı

"Tələbə maklerləri"nin işi
100-dən çox vətəndaşı aldadıb pulunu mənimsəyənlər yüngül cəza aldılar

Ərini öldürən qadının cəzası ağırlaşacaq
Məhkəmə bu cinayət işini ibtidai istintaqa qaytardı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər