Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Törətdiyi ağır cinayəti gizlətmək məqsədilə...
Törətdiyi ağır cinayəti gizlətmək məqsədilə...
əsgər yoldaşının düşmən atəşi ilə öldürüldüyü görüntüsünü yaradıb
Şənbə, 13.02.2010

Hacı mətn ölçüsü  

Müdafiə Nazirliyinin "N" saylı Hərbi Hissəsinin əsgəri, qəsdən adam öldürməkdə ittiham olunan Elmar İsrafil oğlu Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başladı.

Tovuz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elmar Sadıqov Cəbrayıl rayonu Cocuqmərcanlı kəndində yerləşən "N" saylı hərbi hissədə əsgəri xidmətdə olub. O, xidmətdə olarkən 2009-cu il aprelin 10-da, 12-də və 24-də saat 02-dən 04-dək əsgər yoldaşı Ramiz Ənvər oğlu Daşdəmirovun onun posta dəbilqəsiz və zirehli gödəkcəsiz gəldiyi barədə bölük komandirinə məlumat verməsindən, habelə komandirin posta gəlməsini ona xəbər vermədiyindən əsəbləşib. Postu tərk edərək, Daşdəmirovun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq, ona işgəncə verib. Sadıqov Daşdəmirovu döydükdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini deyib. O, cinsi orqanını Daşdəmirova göstərərək, onu zorlayacağı ilə hədələyib.

Bundan başqa, Sadıqov həmin il mayın 17-də əsgər Rza Ənvər oğlu Mehdiyevlə birlikdə döyüş postunda olduğu müddətdə müşahidə məntəqəsinin qarşısında kölgəlik düzəltmək qərarına gəlib. O, taxta dirəklər gətirməkdən ötrü postdan 90-95 metr aralı yerləşən və hərbi qulluqçular arasında "besedka" adlanan yerə gedib. O, taxta dirəkləri döyüş postuna gətirərək, müşahidə məntəqəsinin qarşısında kölgəlik düzəltdiyi zaman postda xidmət aparan Mehdiyevi qəsdən öldürmək qərarına gəlib. Sadıqov əlində olan avtomat silahı Mehdiyevə tuşlayaraq, onu açdığı atəşlə qətlə yetirib.

Bundan sonra Sadıqov törətdiyi ağır cinayətdən yaxa qurtarmaq və şübhələri özündən yayındırmaq məqsədilə cinayətin üçüncü şəxs tərəfindən törədilməsini səhnələşdirmək qərarına gəlib. O, bu məqsədlə özünü də sol ayağından vuraraq yaralayıb. O, daha sonra qətlə yetirdiyi əsgəri səngərə ataraq, ermənilərin açdığı atəş nəticəsində öldürülməsini səhnələşdirib. O, Mehdiyevin müyitini səngərdə qoyaraq, əsgərlərin olduğu yerə gedib və ermənilərin atəş açdığını bildirib. Ön cəbhədə atəşkəsin pozulmasını provokasiya etməklə, hadisə yerində cinayətin izinin itirilməsinə cəhd edib...

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, əsgər yoldaşı Ramiz Daşdəmirovu vurduğunu və mayın 17-də, saat 17.00 radələrində postu özbaşına tərk etdiyini etiraf edib. Sadıqov Mehdiyevin öldürülməsinin ona aidiyyəti olmadığını deyərək, törətdiyi ağır cinayət hadisəsini inkar edib.

Bildirib ki, təbii ehtiyacını ödəmək üçün səngərdən 15-20 metr aralı yerə gedib və orada olduğu müddətdə postda boğuq atəş səsləri eşidib. Onun sözlərinə görə, tələsik posta qayıdıb və Mehdiyevi yerə uzanmış halda və qan içində görüb:

"Onun düşmən tərəfindən açılan atəş nəticəsində ölməsini bildiyim üçün özümdə olan avtomat silahla düşmən tərəfə bir neçə dəfə atəş açdım. Bu vaxt digər postda xidmət aparan kiçik çavuş Taleh İsmayılov gəldi və nə baş verdiyini soruşdu. Mən də Mehdiyevin düşmən gülləsindən açılan atəşlə öldüyünü deyərək, düşmən tərəfin əsgərlərini qorxutmaq məsədilə bir neçə dəfə atəş açdım. Az sonra posta taqım komandiri və digər əsgərlər də gəldi, onlara da düşmən tərəfindən atəş açıldığını bildirdim".

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bu cinayət işi üzrə davam etdirilən prosesdə şahidlər dindiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda rotasiya problemi

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi

Hərbi vertolyotlarımız cəbhə xəttində uçublar

Fərəhli kəndinin "fərəhsiz" günləri

Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb

Bölmənin digər xəbərləri
 
Qardaşların DVD üstündə qanlı davası
Qəbələ sakini qardaşını öldürüb 12 il iş aldı

Uşağı zorlayanın özünü tutub zorladılar
İndi hər iki tərəf hakim qarşısında dayanıb

"Tələbə maklerləri"nin işi
100-dən çox vətəndaşı aldadıb pulunu mənimsəyənlər yüngül cəza aldılar

Ərini öldürən qadının cəzası ağırlaşacaq
Məhkəmə bu cinayət işini ibtidai istintaqa qaytardı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər