Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Nəhs günün turu
Nəhs günün turu
"Xəzər-Lənkəran" cari mövsümdə ilk dəfə lider ola bilər
Şənbə, 13.02.2010

mətn ölçüsü  

Bu gün Unibank Premyer Liqasında XX turun oyunları başlanacaq. Bu günə təyin olunan görüşlərin yarısı Bakıda, yarısı isə əyalətlərdə baş tutacaq.

Sözsüz ki, turun mərkəzi oyunu Lənkəranda baş tutacaq. Eyni xala malik "Xəzər-Lənkəran"la "Qarabağ" altılığa düşməyi hələ ötən tur rəsmiləşdirsələr də, bu, oyunun vacibliyini azaltmır, əksinə, artırır. Çünki söhbət "qızıl xallar"dan gedir və Lənkəran komandası məhz bu göstəriciyə görə rəqibindən geri qalır. Lənkəran klubu üçün bu matçda qələbə həm də ona görə vacibdir ki, komanda cari mövsümdə ilk dəfə lider ola bilər.

"Xəzər-Lənkəran" - "Qarabağ" görüşlərində meydan sahibləri qələbəyə həsrət qalıblar. Belə ki, bu komandaların son dörd oyunu bir qayda olaraq Ağdam klubunun qələbəsi ilə başa çatır. Cənub təmsilçisi rəqibi üzərində son qələbəsini 2007-ci il avqustun 26-da hazırkı baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında qazanıb - 2:0. "Xəzər-Lənkəran"la "Qarabağ" görüşlərində indiyədək heç-heçənin qeydə alınmaması da maraqlı məqamdır.

"Bakı" - "Qəbələ" və "İnter" - "Simurğ" oyunları da ilk altılığa düşmək uğrunda mübarizədə çox önəmlidir. "Bakı"nın öz rəqibini ilk dövrədə məğlub etdiyini nəzərə alsaq, bu matçda heç-heçə şəxsi göstəricidə ondan üstün olmağa imkan yaradır. Ancaq təbii ki, həm son ölkə çempionu, həm də altılığa düşmək üçün bütün gücünü qoyan "Qəbələ" yalnız qələbə haqqında düşünür. Maraqlıdır, Ramiz Məmmədovun baş məşqçisi olduğu "Qəbələ" bu gün qonağı olacaq rəqibini paytaxtda heç vaxt məğlub edə bilməyib.

İkinci dövrəyə məğlubiyyətlə başlayan "Simurğ" üçün bugünkü görüş son şansdır. Hər halda, Zaqatala təmsilçisi növbəti xal itkisinə məruz qalacağı halda, altılığa düşmək imkanını, demək olar ki, itirəcək. "Simurğ" səfərdə görüşəcəyi "İnter"i tarixində bir dəfə məğlub edib. "Bakı", "Qəbələ" və "Simurğ" kimi altılığa düşmək vəzifəsini hələ yerinə yetirməyən "Neftçi"ni autsayderlə səfər oyununda heç də asan sınaq gözləmir. Hər halda, qış fasiləsində bir sıra təcrübəli futbolçularla heyətini gücləndirən "Karvan" xeyli yaxşı oynayır. Yeri gəlmişkən, "Karvan" "Neftçi"ni ev oyunlarında heç cür məğlub edə bilmir. Yevlax komandası rəqibinə tarixində yalnız bir dəfə qalib gəlib ki, bu da ötən mövsüm Bakıda olub - 1:0.

XX turun oyuXazar-Lenkeran,Simurg,Neftchi nları: "Olimpik-Şüvəlan" - "Standard", "Bakı" - "Qəbələ", "Karvan" - "Neftçi", "Turan" - "Muğan", "Xəzər-Lənkəran" - "Qarabağ", "İnter" - "Simurğ".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarıtmadılar

"Avropanın fəthi" başlanmamış bitdi

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

"Qarabağ" üçün daha bir fürsət

Bölmənin digər xəbərləri
 
Şahin Diniyev: "Azərbaycan Avropa futbolunun autsayderidir"
Bəlli olduğu kimi, Varşavada futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması keçirilib.

İştirak naminə iştirak
Bu gün Kanadanın Vankuver şəhərində XXI Qış Olimpiya Oyunlarının təntənəli açılışı olub

Mahir Şükürov Berti Foqtsla görüşüb
Berti Foqts Azərbaycan milli komandasının aparıcı futbolçularından olan Mahir Şükürovla görüşüb.

Bülənt Korkmaz Türkiyə yığmasına namizəd oldu
Türkiyə milli komandasının sabiq futbolçusu Ümit Karan hazırda baş məşqçisiz qalan yığma haqqında fikirlərini açıqlayıb.

Kliçko yenə Valuyevi döyüşə çağırdı
Ukraynalı peşəkar boksçu, WBC versiyası üzrə dünya çempionu Vitali Kliçko rusiyalı Nikolay Valuyevi növbəti dəfə döyüşə çağırıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər