Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Çingiz Bəxtavərin ölümü ilə bağlı müəmma qalır
Çingiz Bəxtavərin ölümü ilə bağlı müəmma qalır
Rəsmi ekspertiza rəyi hələ verilməyib
Şənbə, 13.02.2010

S.Sədrəddin mətn ölçüsü  

Azərbaycan türklərinin milli haqlarının təmini uğrunda yorulmaz mübariz, müəmmalı şəkildə ölən Çingiz Bəxtavərin dəfn mərasimində 30-a yaxın gənc həbs olunmuşdu. Bu günə qədər onların bir neçəsi hələ də həbsdədir.

Çingiz Bəxtavərin yaxınlarının dediyinə görə, iş yerində tək olarkən vəfat edib. Həkimlərin ilkin rəyinə görə, infarktdan dünyasını dəyişib. Ailə üzvləri isə Çingiz Bəxtavarin səhhətindən şikayəti olmadığını söyləyiblər...

Bu 53 yaşlı Azərbaycan aydını, türklərin milli haqlarının təmini uğrunda yorulmadan çalışan mühəndis dəfələrlə təzyiqlərə məruz qalmış, həbs olunmuşdu. Çingiz Bəxtavər vəfat etdiyi gün Aşurəyə düşdüyündən onun cəsədi bir gün Təbrizin Xosrovşəhr xəstəxanasındakı meyitxanada saxlanılıb. Səhəri gün məhkəmə tibb ekpertizasına aparılıb. Bəzi testlər etdikdən sonra xəstəxanadan bildirmişdilər ki, ölümün səbəbi 3 həftə və ya bir aya kimi açıqlanacaq. Ancaq indiyə kimi rəsmi ekspertiza Ç.Bəxtavərin ailəsinə bununla bağlı məlumat verməyib...

"GünazTV"nin məlumatına əsasən, İsfahan Universitetində tələbələrin nəşr etdiyi "Dan Ulduzu" jurnalının məsulu Murtəza Silab, Azərbaycan musiqisini təbliğ edən Əli Təhəmtən, Rza Əbiri bir aydan artıqdır həbsdədir. Bu azərbaycanlı gənclərin suçu milli marş oxuyub, bu matəmlə bağlı Azərbaycan xalqına başsağlığı verməsi olub. Ancaq hakimiyyət bu insanları dəfn mərasimində iştirak etməklə "hakimiyyət əleyhinə təbliğat aparmaq, qanunsuz qruplara üzvlük və milli təhlükəsizliyi pozmağa cəhd"də ittiham edir.

Mənbənin yaydığı başqa bir məlumata görə, İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi əməkdaşlarının Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlərə qarşı təzyiqləri davam etməkdədir. Güney Azərbaycanın Qoşaçay (farslaşdırılaraq, rəsmi olaraq "Minandab" adlanır) rayonunda ETTELAAT məmurları Azərbaycan ziyalılarını hədələyir, onları heç bir əsas olmadan sorğu-suala çəkir. Belələrinin arasında Daryuş Əndəlibian və Peyman Xarratzadənin də olduğu barədə xəbər yayılıb. "Milli hərəkat"ın yaydığı xəbərdə bildirilib ki, Daryuş Əndəlibian bir ayda 3 dəfə ETTELAATçılar tərəfindən hədələnib. Eləcə də Peyman Xarratzadə də adı çəkilən qurumun yerli idarəsinə çağırılaraq, sorğu-sual edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Üç rayonda məhəllə meydançaları yaradılıb

Gənclər Evi yaradılır

Bölmənin digər xəbərləri
 
Qərbi Azərbaycanda kürdlərin silah qaçaqmalçılığı artıb
Fars şovinistləri isə "türklərsiz İran" arzulayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər