Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Qərbi Azərbaycanda kürdlərin silah qaçaqmalçılığı artıb
Fars şovinistləri isə "türklərsiz İran" arzulayır
Şənbə, 13.02.2010

S.Soltan mətn ölçüsü  

Uzun müddət Türkiyəyə və azərbaycanlılara qarşı yedirib bəslədiyi kürd terrorçuları indi İran hakimiyyətinin öz başının bəlasına çevrilir. Bir vaxt İran rəhbərliyi hesab edirdi ki, onların yardımı ilə Türkiyə və Azərbaycan arasında zolaq yarada biləcək. İndi isə, yayılan xəbərlərə görə, Qərbi Azərbaycan əyalətində PEJAK-a (PKK-nın İran uzantısı) qarşı hərbi əməliyyatlar keçirməyə məcburdur. Məlumata əsasən, bu əməliyyatı keçirməkdə məqsəd Qərbi Azərbaycan əyaləti Xoy şəhərinin prokuroru, bu yaxınlarda qətlə yetirilmiş Vəli Hacı Quluzadəyə qarşı törədilmiş sui-qəsdin iştirakçılarını cəzalandırmaqdır. Xatırladaq ki, PEJAK bu qətlin məsuliyyətini boynuna götürmüşdü.

İran mənbələri çoxlu terrorçunun öldürüldüyünü bəyan etsə də, onların dəqiq sayı barədə açıqlama verilmir.

Ötən həftə İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rzaiyə bağlı olduğu iddia olunan "tabnak" saytına istinadən "Azadtribun" saytında "Kürdlər niyə və kimə qarşı silahlanır?" başlıqlı xəbər yayılıb. Xəbərdə Güney Azərbaycanın qərbindəki bu silahlanmanın azərbaycanlılar üçün təhlükə yaratdığı bildirilir.

Xəbərdə daha sonra deyilir ki, son aylarda İran hakimiyyətinə qarşı etiraz aksiyaları və qarşıdurmalar şiddətlənib. Hakimiyyətin yerli KİV-ə verdiyi məlumata əsasən, Qərbi Azərbaycanda kürdlərin döyüş silahı qaçaqmalçılığını artırmasından İran iqtidarı narahatdır. Qərbi Azərbaycan polis idarəsinin rəisi yerli mətbuata bildirib ki, mart-avqust aylarında bu sayaq qanunsuz əməl 153 faiz artıb, silah qaçaqmalçılığı ilə məşğul olan 35 dəstə zərərsizləşdirilib, 73 nəfər tutulub. Onun sözlərinə görə, 643 ədəd döyüş silahı, 23 ədəd isə ov silahı aşkarlanaraq müsadirə olunub. Rəisin qənaətincə, belə bir hal hədsiz təhlükəli vəziyyət yaradıb.

Mənbənin bildirdiyinə görə, Qərbi Azərbaycanda silah qaçaqmalçılığı ilə kürdlər məşğul olur. Onların bu fəaliyyəti nəticəsində Azərbaycanın bu əyalətində yaşayan kürd icması silahlanır. Yerli müşahidəçilərin fikrincə, ölkədə və bölgədə daha bir böhranlı vəziyyət yaranarsa, o zaman həmin silahlarla yaraqlınmış kürdlər Güney Azərbaycanın bir sıra şəhərlərini, o cümlədən Urmiya, Salmas, Xoy və Makunu nəzarət altına almaq niyyətindədir. Mənbə hesab edir ki, bir neçə il öncə İraqın quzeyində kürdlər İraq türkmanlarının torpaqlarını həmin yolla nəzarət altına almağa nail olmuşlar.

Qərbi Azərbaycandan olan milli görüşlü siyasilər bildirirlər ki, İrandakı mövcud rejimə qarşı farslardan başqa kürdlər də özlərini bir müxalif qüvvə kimi dünya ictimaiyyətinə tanıdıb: "Ancaq təəssüf ki, Güney Azərbaycana aid olan siyasi qüvvələr özlərini bu yöndə yetərincə tanıda bilməyib. Bundan başqa, həmin kürdlər bir sıra xarici ölkələrdən, o cümlədən Ermənistan, ABŞ, ərəb dövlətləri, hətta İsraildən də maddi yardım almağa müvəffəq olublar. Onlar ilk nöbədə güclü informasiya vasitələri yaradıb, bu sahə üzrə minlərlə kadr hazırlayıb.

REKLAM

ABŞ və İngiltərə İraqa hərbi əməliyyatları gerçəkləşdirəndən sonra kürdlər İraqın Şimalında milli muxtariyyət yaratdılar". Həmin mənbənin açıqlamasına əsasən, Türkiyə və İrandan da kürd siyasi qüvvələrinə hər cür gizli və açıq yardım edilir.

İraqın şimalından maliyyə yardımı

İraqın şimalında kürdlərə mənsub informasiya mənbələrinin yaydığı məlumata görə, oradakı kürd muxtariyyətinin büdcəsindən İranda fəaliyyət göstərən kürd təşkilatlarına xüsusi vəsait ayrılır. Onların bəziləri barədə bu kimi açıqlamalar verilir:

Kürdüstan Demokrat Partiyasının Abdulla Həsənzadə qanadına ayda 55 milyon dinar (İraq dinarı); Kürdüstan Demokrat Partiyasının Mustafa Gicri qanadına 55 milyon dinar; Komilə Partiyasının Abdulla Məhtədi qanadına 50 milyon dinar; Komilə Partiyasının Ömər İlxanizadə qanadına 50 milyon dinar; Komilə Partiyasının İbrahim Əlizadə qanadına 50 milyon dinar; Əli Qazinin başçılıq etdiyi Kürdüstan Azadlıq Təşkilatına 45 milyon dinar; Baba Şeyx Hüseyninin başçılıq etdiyi Kürdüstan Xibat Təşkilatına ayda 50 milyon dinar; Simkonun rəhbəri olduğu "Şurişə-İran" Birliyi Təşkilatına 45 milyon dinar.

Qərbi Azərbaycandakı mənbələrə əsaslanan "Azadtribun" bildirib ki, bu maliyyə yardımı İraqın şimalındakı kürd hökumətinin illik büdcəsində təsdiqlənib və onu yerli informasiya vasitələri yayıb. Bununla yanaşı mənbə iddia edib ki, İrandakı kürdlərin siyasi qurumlarına İraqın Şimalından gizli şəkildə çoxlu sayda silah verilir, maddi yardım olunur. Məlumata əsasən, son zamanlar İranda baş verən etiraz aksiyalarından və qarışıqlıqdan Ermənistan narahat imiş, ancaq Ermənistan hökumətinin təmsilçiləri ilə İrandakı kürd siyasilər arasında aparılmış danışıqlar, müzakirələr nəticəsində Yerevan hakimiyyəti İrandakı kürd qurumlarına yardımları artırıb. Ehtimal edilir ki, İrandakı mövcud hakimiyyət siyasi iflasa uğrayacağı təqdirdə, fars, kürd və erməni birliyi Güney Azərbaycandan Ermənistana gözlənilən "təhlükə"nin qarşısını alsın.

"Türklərsiz İran!"

Neçə illərdir fars şovinistləri "Türklərsiz İran!" devizi altında antitürk təbliğatı aparır. Elə bu səbəbdən də türk düşmənlərinə qucaq açırlar. "Günaz TV"nin məlumatına görə, "Pantürkçüləri İrandan çıxaraq" adlı kampaniyaya başlanılıb. Bu başlıq altında məqalələrdə Azərbaycan türklərinin İran tarixində oynadığı həledici rol danılır, onların mübarizəsi təhrif edilir. Mənbə həmin yazıdan örnək gətirib: "Ölkəmiz inqilab ərəfəsindədir. Türk bölgələrindən başqa hər yer qana boyanıb. Gənclərimiz xiyabanlara tökülüb, azadlıq uğrunda mübarizə apararaq, həlak olur. Bu mübarizənin sonu bütün İranın azadlığı olacaq.

Özlərini "qəhrəman" adlandıran türklər özlərini bu toplumun bir hissəsi hesab etmir. Onlar nə xordadın 2-dəki (Xatəminin prezidentliyi dövründə başlamış "islahat" hərəkatı belə də adlanır - S.S.), nə də "yaşıl hərəkat"da iştirak edirlər. Türklər ən təhlükəsiz yerdə - siçan deşiyində gizlənib". Həmin yazıdakı (ifadəyə görə üzr istəyirəm) daha tərbiyəsiz ifadələrdən örnəklər göstərib, sayğılı oxucumuzu yormaq istəməyərək, bu sayaq fikirlərin yazıldığını xatırlatmaq istədik.

Güney Azərbaycan Milli Hərəkatı prezident seçkisindən sonra İranda baş verənləri özünəməxsus sükutla qarşıladı və bununla əslində milli haqlarının bu sayaq çıxışlar, yaxud "yaşıllar hərəkatı" ilə təmin olunmayacağını dünyaya bəyan etdi. Elə Qərbi Azərbaycan əyalətində kürd yaraqlılarına qarşı hərbi əməliyyatlarda da məqsəd heç də həmin silahlıları zərərsizləşdirmək deyil, bəlkə də həmin bölgədə Tehranın türk-kürd qarşıdurmasına nail olmaq cəhdidir.

Naftalin iyi verən mülahizələr

İran hakimiyyətinə məxsus elektron və kütləvi informasiya vasitələrində Azərbaycan türklərinin dili, tarixi və mədəniyyətinin təhrifi məqsədyönlü bir şəkildə davam etdirilir.

"Günaz TV"nin məlumatına əsasən, Tehranda çıxan rəsmi "Tehran tayms" qəzetinin yanvarın 24-ü tarixli, 10793 sayında Milli Sərdar Səttarxanın fotosu çap olunmuş yazının yanında "Türklər" adlı məqalə dərc olunub. Məqalə müəllifi Məhəmmədtağı Səbükdel fars olmayanların, özəlliklə türklərin tarix və mədəniyyətini təhrif edib. Mənbə bildirib ki, dövlət tərəfindən maliyyələşən qəzet əvvəllərdə antitürk mövqeli məqalə ilə çıxış edib.

Məqalədən bir örnək: "Azərbaycan xalqının əski dili fars ləhcələrindən biri olub. Ötən illərdə Mənuçehr Mürtəzəvi tərəfindən yazılan məqalə Azərbaycanın əski dilini izah edib. Orada deyilib ki, Azərbaycanın dili azəri dili olub. Bu gün isə bu dilin müxtəlif ləhcələri var. Azərbaycan dilinin kökü ilə bağlı çeşidli araşdırmaların yekunu bundan ibarətdir", - deyə yazan müəllif mahiyyəti bizlərə çoxdan bəlli olan bu çürük mülahizələrini "tarixi qaynaqlarla" sübuta yetirməyə hıqqınır:

"İbni-Nədim öz kitabında İran xalqının dilini 5 qola bölür - pəhləvi, dəri, xuzi (Xuzistan ərəblərinin dilini nəzərdə tutur - S.S.), suriyani və parsi. İbni-Müqəffə yazıb ki, fars dili ancaq farsların, dəri dili isə ümumi İran xalqının dili olub. Xuzi padşahların və nəcibzadələrin dili, suriyani isə İraq xalqının dili olub. İsfahan, Rey, Nəhavənd və Azərbaycan əhalisi isə pəhləvicə danışıb" (?!).

Bu kimi təhriflərə dair daha bir örnək. "Günaz TV"nin yaydığı xəbərdə həmin saytların ünvanı göstərilir:

httr://city.imo.org.ir/showcity.asrx?code=71&code2=11 httr://city.imo.org.ir/showcity.asrx?code=483&code2=22 httr://city.imo.org.ir/showcity.asrx?code=99&code2=12 httr://city.imo.org.ir/showcity.asrx?code=69&code2=11 httr://city.imo.org.ir/showcity.asrx?code=96&code2=12 httr://city.imo.org.ir/showcity.asrx?code=93&code2=11 httr://city.imo.org.ir/showcity.asrx?code=491&code2=22 httr://city.imo.org.ir/showcity.asrx?code=661&code2=28 httr://city.imo.org.ir/showcity.asrx?code=89&code2=11 httr://city.imo.org.ir/showcity.asrx?code=65&code2=11

İran İslam Respublikasının rəsmi saytlarında Azərbaycan türklərinin dili təhrif edilir. Məlumata görə, bələdiyyələr və kənd təsərrüfatı, beynəlxalq əlaqələr üzrə rəsmi quruma bağlı "İran şəhərlərinin mərcəsi" adlı sayt Azərbaycan əhalisinin dili ilə bağlı ciddi təhrifə yol verib. Azərbaycan şəhərləri, o cümlədən Zəncan əyalətinin Abbər, Parsabad, Ərdəbil, Xoy və başqalarının əhalisi farsdilli kimi təqdim olunur. Azərbaycanın tarixi şəhərləri, o cümlədən Soyuqbulaq (Mahabad) və Bukan kimi şəhərlərin əhalisinin kürddilli olduğu iddia olunur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək

Türkmənistan millisinin qapıçısı "Neftçi"də

"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək

Türklər Azərbaycanı ən yaxın dost sayırlar

Bülent Ərsoy Simaya görə şərt kəsib

Bölmənin digər xəbərləri
 
Çingiz Bəxtavərin ölümü ilə bağlı müəmma qalır
Rəsmi ekspertiza rəyi hələ verilməyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər