Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qaraçuxur, yoxsa "çala-çuxur"?
Qaraçuxur, yoxsa "çala-çuxur"?
İmdad diləyən qəsəbədən reportaj
Şənbə, 13.02.2010

Elçin mətn ölçüsü  

Nəhayət ki, yolunu səbirsizliklə gözlədiyimiz qar Bakını ağuşuna aldı. Qarın yağması öncə bayram ovqatı yaratsa da, bu sevinc çox çəkmədi. İcra orqanlarının səriştəsizliyi üzə çıxdı. Bu səhlənkarlığı nəticəsində qar hamı üçün bir kabusa çevrildi. Həyat üçün vacib sayılan elektrik enerjisi, qaz və suyun verilməsi dayandırıldı, şəhər iflic vəziyyətə düşdü. Bir gün sonra bu problemlər şəhərin mərkəzi rayonlarında aradan qaldırılsa da, Bakıətrafı qəsəbələrdə qarın törətdiyi fəsadlar hələ də qalır. Heydər Əliyev ənənələrini unudan məmurlar təcili vəziyyətdən çıxış yolları axtarmaq əvəzinə, "qapazla işləyən saat kimi" nəyisə gözləyirlər.

Hardasan, ay Abutalıbov...

Belə acınacaqlı yerlərdən biri də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsidir. Bir vaxtlar Qaraçuxur öz səliqə-sahmanı, yaşıllığına görə digər şəhərin çox məkanlarına örnək göstərilirdisə, indi bura məşhur Balaxanı zibilliyindən heç nə ilə fərqlənmir. Obyektivlik naminə deməliyik ki, qəsəbə sakinləri şəhər meri Hacıbala Abutalıbovun atasına rəhmət oxuyur. Çünki Abutalıbov bu rayona rəhbərlik etdiyi vaxtlar Qaraçuxura və ümumiyyətlə, rayona çox diqqət yetirirdi. Hətta qış aylarında belə küçələr tərtəmiz, işıqlı, səkilər boyanmış, binaların həyətyanı sahələri, uşaq meydançaları hər zaman təmiz olurdu. Yolların asfalt örtüyü göz oxşayırdı. Binaların girişi, bütün mərtəbələr arası boyanırdı. Hətta binaların giriş qapılarının bərpası işləri də aparılmağa başlamışdı. Qəsəbənin "Cavanşir parkı" adlanan istirahət yeri isə ilin bütün fəsillərində daim işıqlı, təmiz və cürbəcür attraksionlarla bəzədilirdi.

REKLAM

Qışda isə parkda "yolka" bəzədilirdi, məhşur musiqiçilərin müşaiəti və ifaları ilə konsert proqramları təşkil olunurdu.

Aul

İndi həmin günlər uzaqlarda qalıb. Qəsəbə sanki adına uyğun bir vəziyyətə düşüb. Yollar tez-tez qazılmaqdan artıq yamaq da götürmür. Yol kənarlarındakı səkilər zibil əlindən görünmür. Qaraçuxurun mərkəzi küçələrində zibil dağ boyda qalaqlanıb. Yol kənarında kustar üsullarla düzəldilmiş eybəcər tərəvəz köşklərinin, ət sallaqxanalarının üfunətli iyindən hətta qış aylarında da yerimək mümkün olmur. Güclü külək nəticəsində ağaclardan qopmuş budaqları hələ də yol kənarlarından yığışdırılmayıb.

"Cavanşir parkı"... Bura isə əbədi zülmətə qərq olub. Qaraçuxurun adını göstərən lövhə 3-4 ildir sökülüb. Yəqin rayon rəhbərliyi bu yerin adının göstərilməsini lazımsız bilir. Çünki Qaraçuxura daxil olan kimi buranın "qara çuxur" olması hamıya bəlli olur. Hər hansı bir turisti qəsəbəyə gətirib, buranı Əfqanıstanın ucqar bir aulu olduğunu və yaxud Haiti olduğunu söyləsək, yəqin inanarlar.

Çala-çuxur yollar bizi hara aparır?

Qəsəbədə qəribə hadisələrə tez-tez rast gəlmək olur. Bunlardan biri də yolların asfaltlanandan sonra param-parça edilməsidir. Bəllidir ki, məvacibləri o qədər də çox olmayan vətəndaşlar həm də vergi ödəyiciləridir. Həmin vergi toplanaraq dövlət büdcəsinin bir hissəsini təşkil edir. Həmin dövlət büdcəsindən də rayonların abadlaşdırılması üçün hər il vəsait ayrılır. Bu vəsaitlər hesabına yollar asfaltlanır. Üstündən bir ay keçməmiş, qəsəbədə "novostroyka" tikdirən şəxs magistral yolu qazdırıb, tikdirdiyi binaya kanalizasiya çəkdirir, sonra su xətti, rabitə xətti çəkilir. Sonra "talkuçka"nın qarşısında yollar qazılır. Onsuz da dar olan yol bir az da daralır və tıxaclar yaranır. Məsələ ondadır ki, həmin qazılan yeri yenidən bərpa etmək nədənsə hamının "yadından çıxır". Nəticədə həm sakinlərin, həm də avtomobillərin hərəkəti iflic vəziyyətə düşür. 2-3 ay ora-bura şikayət etdikdən sonra bir təhər həmin qazılmış xəndəklər torpaqla doldurulur. Amma bir dəfə yağış-qar yağmaqla torpaq yuyularaq yoxa çıxır, xəndəklər isə dərinləşərək sanki dinozavr yuvalarını xatırladır.

Yol, yoxsa "Amerikanski qorki"?

"Neftçilər" metro stansiyasından qəsəbəyə gedən marşrutlar sanki matador yarışlarını xatırladır. Bərbad yollarla şütüyən marşrut avtobusu adamı o qədər atıb-tutur ki, bir də görürsən birinci sıradan hoppanıb düşmüsən axırıncı sıraya. Səhiyyə Nazirliyinin məsul şəxslərindən biri heç olmazsa bir dəfə bu marşrutlara minsə, dərhal hamilə qadınların bu minik vasitələrinə minməsinə qadağa qoyar. Yollardakı dərin xəndəklərin sayı-hesabı yoxdur. Marşrut deyil, attraksiondur, özü də lap "Amerikanski qorki". Minik avtomobilləri isə 1 km-lik yolu 30 dəqiqəyə ancaq qət edə bilirlər. Amma günü-gündən dərinləşən xəndəklər artıq keçilməz həddə çatıb. Tez-tez avtomobillərini təmir etdirmək məcburiyyətilə üzləşən sürücülər isə qısa zaman ərzində xəndəklər təmir olunmazsa, yolu bağlayaraq etiraz aksiyası keçirəcəyini bildirirlər. Bu yerdə yenə Abutalıbovun atasına rəhmət oxumaq yerinə düşər.

Bu boyda həngaməni görməyən məmurlar...

Məsələ ondadır ki, Bakıxanov, Günəşli, Suraxanı, Bülbülə, Əmircan, Hövsan qəsəbələrinə getmək üçün avtomobillər məhz zibilliyə qərq olmuş Qaraçuxurun mərkəzi küçəsindən keçməlidirlər. Yəni bu baxımdan Suraxanı və Sabunçu rayon icra başçılarının, rayon bələdiyyə başçılarının və rayonun digər dövlət qurumları rəhbərlərinin bu mənzərədən xəbərsiz olduqlarını söyləmək yanlış olardı. Çünki qəsəbənin mərkəzi küçəsindəki yol həm də əsas magistral hesab olunur. Bəs belə olan halda, görəsən niyə bu səlahiyyətli şəxslər bir tədbir görmürlər?..



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Püşkatma kimə nə vəd edir?

Türkmənistan millisinin qapıçısı "Neftçi"də

Bölmənin digər xəbərləri
 
Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması
Ünvanlı sosial yardım alanların təxminən yarısı - çoxuşaqlı ailə

Mart ayından yeni qaz sayğacları gəlir!
Yeni sayğaclarla "Azəriqaz" əvvəlcədən ödəmə sisteminə keçəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər