Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması
Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması
Ünvanlı sosial yardım alanların təxminən yarısı - çoxuşaqlı ailə
Şənbə, 13.02.2010

A.Əhmədova mətn ölçüsü  

Ölkədə ailənin yoxsulluğuna səbəb - ailədə uşaqların və əlillərin say çoxluğudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin 49,9 faizini çoxuşaqlı ailələr təşkil edir:

"Bununla bağlı 4 rayonda monitorinq aparılaraq qanunvericilikdə dəyişikliklərin edilməsindən ötrü təkliflər hazırlanacaq. Hazırda isə aztəminatlı ailələrin sosial reabilitasiyası proqramının hazırlanmasına başlanıb. Hazırlıq prosesi ilin ortasında başa çatdıqdan sonra sənəd aidiyyəti qurumlara təqdim ediləcək".

Görülən işlərin yeni mərhələsi kimi ailələrin reabilitasiyası yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması nəzərdə tutulur. Bunun üçün nazirlik tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi işinə başlanıb. Artıq bütün ölkə ərazisini əhatə edən korporativ şəbəkədə aztəminatlı ailələrin sosial-demoqrafik qruplar üzrə tərkibi, onların gəlirləri və əmlakları barədə məlumat bazası yaradılıb.

Şöbə müdiri əlavə edib ki, ünvanlı sosial yardımın verildiyi üç il ərzində dövlət büdcəsindən ayrılan vəsait 4,6, ehtiyac meyarının həddi 2,2, sosial müavinətlər 2,2, yardım alanlar 3, bir ailəyə ödənilən vəsaitin həcmi isə 2,6 dəfə artıb. Ötən il ölkədə 144 829 ailə ünvanlı dövlət sosial yardımı alıb. Nazirliyin məlumatına görə, hər bir ailəyə verilən müavinətin həcmi 113,30 manat təşkil edib.

Yeri gəlmişkən, ötən il ərzində rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərində 50 araşdırma aparılıb. Araşdırmalar zamanı ciddi nöqsanlara yol verdiklərinə görə 5 məmur tutduğu vəzifədən azad edilib, 79 nəfərə isə töhmət verilib. Nəticədə 80 600 manat qanunsuz ödənilən vəsait təqsirkar şəxslərdən tutularaq büdcəyə bərpa edilib.

Qeyd edək ki, Dünya Bankının "Pensiya və sosial təminat" layihəsi çərçivəsində ünvanlı dövlət sosial yardım proqramının icrası ilə bağlı monitorinq məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğu keçirilib. Sorğunun nəticəsində bəlli olub ki, yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faiz əməl olunub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Kim neçə dəfə nikaha girib?

Ailə qurmaq istəyirdi, adam öldürdü

Almaz Ələsgərli özünə qadağa qoydu

Evlənmək istəyənlər həkimdən keçməli olacaq

Oğul qatili ana məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
Qaraçuxur, yoxsa "çala-çuxur"?
İmdad diləyən qəsəbədən reportaj

Mart ayından yeni qaz sayğacları gəlir!
Yeni sayğaclarla "Azəriqaz" əvvəlcədən ödəmə sisteminə keçəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər