Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Azərbaycanlı zəvvarlar İraqda güllələnib
Atışma zamanı 14 yaşlı azərbaycanlı qız ölüb, 2 nəfər isə ağır yaralanıb
Şənbə, 30.01.2010

Eldəniz mətn ölçüsü  

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən şiə zəvvarların avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub. "Turan"ın yaydığı məlumata görə, hadisə yanvarın 28-də səhər saatlarında baş verib. Belə ki, avtobus karvanının qarşısını taksi ilə kəsən şəxslər avtomobildən enərək avtobuslara atəş açmağa başlayıblar. Bu atəş nəticəsində Bakının Maştağa kəndindən olan 14 yaşlı qız həlak olub, kənd sakini olan daha bir qadın və bir kişi zəvvar yaralanıb.

Məlumata görə, həlak olan qızın İraqın Nəcəf şəhərində dəfn edilməsi nəzərdə tutulur. Yaralıların müalicəsini isə İraqda qalan zəvvarlar qrupunun Azərbaycana gətirilməsini təşkil edən şirkətin öz üzərinə götürdüyü bildirilir. Qeyd olunur ki, silahlı basqın zamanı İrandan olan zəvvarlardan 27 nəfəri həlak olub.

Hadisəyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə Azərbaycan vətəndaşlarını İraqdakı müqəddəs yerlərə səfər etməməyə çağırıb. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, təmsil etdiyi qurum əvvəllər Kərbəlada yerləşən müqəddəs yerlərə zəvvar səfərləri təşkil edib. Lakin İraq müharibəsindən sonra QMİ bu səfərləri dayandırıb:

"Çünki orada təhlükəsizliklə bağlı ciddi problemlər yaranıb. Biz İraqın nazirlikləri ilə əlaqə saxladıq və onlardan rəsmi formada zəvvarlarımızın təhlükəsizliyinə təminat verib-vermədiklərini soruşduq. İraqın nazirlikləri bizə təminat verə bilmədilər. Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlarımızın həyatını təhlükəyə ata bilməz. Ona görə də neçə ildir ki, İraqa zəvvar səfərləri təşkil etmirik".

R.Dadaşovanın sözlərinə görə, onların idarəsinə müraciət edən zəvvarlara da eyni cavabı verirlər. Lakin müxtəlif şirkətlər Kərbəlaya zəvvar ziyarətləri təşkil edir: "Eyni zamanda, öz təşəbbüsü ilə gedənlər var. Qafqaz Müsəlmanları İdarəsi onların təhlükəsizliyinə təminat vermir və bu səfərlərin məsuliyyətini daşımır. Hər gün ordan faciəli xəbərlər gəlir. İnsanlar belə bir səfərə yollanmazdan əvvəl yaxşı fikirləşməlidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Əbu-Bəkr" məscidinin açılması tələb olunur

Bölmənin digər xəbərləri
 
Yenə də diplom satanlar tutuldu
Bir kollec diplomu - 12.500 dollar!

Parlamentə şikayət edənlərin sayı azalıb
2009-cu ildə Milli Məclisə 4968 nəfər müraciət edib. Bu barədə parlament mətbuat xidmətindən məlumat almışıq.

Bəzi qəzetlər parlamentin adından reketçilik edir
Milli Məclisin isə cəmi iki mətbu orqanı var

Sabir Azəri həyata vida etdi
Yazıçı Sabir Azəri (Sabir Əli oğlu Tatlıyev) srağagün həyata vida etmişdir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər