Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sabir Azəri həyata vida etdi
Sabir Azəri həyata vida etdi
Şənbə, 30.01.2010

mətn ölçüsü  

Yazıçı Sabir Azəri (Sabir Əli oğlu Tatlıyev) srağagün həyata vida etmişdir. Gözəl nasir və tərcüməçi kimi tanıdığımız Sabir Azəri bu dünyada 72 illik bir ömür yaşadı. Ürək bu yaşında vəfasızlıq elədi. Halbuki onun reallaşmamış yaradıcılıq planları vardı.

Sabir Azəri Qazaxın Dağ Kəsəmən məktəbini bitirmiş (1954), elə həmin il Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 3-cü kursda oxuyarkən DTK tərəfindən həbs olunmuş və ona iş kəsilmişdir. Çünki Nikita Xruşşov və Anastas Mikoyanı açıq şəkildə və tam haqlı olaraq 37-ci ilin repressiyasında təqsirləndirmək cəsarətində bulunmuşdu.

Sonralar ali məktəbə bərpa olunur. Artıq həyata tamam başqa gözlə baxan bu gənc əvvəl "Azərbaycan gəncləri" qəzeti və Azərbaycan radiosu üçün materiallar hazırlayır, mətbuatda sıx-sıx çap olunur. Daha sonra Teleradio Komitəsində Ədəbi-Dram Verilişləri proqramında və həftəlik "Danışır Bakı" proqram-qəzetində çalışır (1962-1966-cı ilin sonu). 1967-ci ilin yanvarından isə o çağda ədəbi mühitin populyar "Ədəbiyyat və incəsənət" qəzetinin publisistika şöbəsinə müdir gətirilir.

Sabir Azəri 1968-ci ilin yazından 1992-ci ilin sonunadək nüfuzlu "Ulduz" ədəbi dərgisində nəsr şöbəsinin müdiri, məsul katib, yəni faktik olaraq baş redaktorun müavini işləyir. Dərgidə 1971-ci ildə baş redaktor müavini ştatı təsis edildikdə, Sabir Azəri bu vəzifəyə təyin edilir və öz ərizəsi ilə işdən gedənə qədər bu vəzifədə çalışır. 1992-ci ildən təqaüddə idi.

Sabir Azəri 1969-71-ci illərdə "Kar qaya", "Yol üstündə toy", "Sarı at" povestlərindən ibarət trilogiyasını nəşr etdirir. Yazıçının təbirincə desək, "Üç povestdən ibarət roman" "Qızıl oraq" mükafatına layiq görülür.

Bu orijinal üslublu yazıçının sonralar da xeyli sayda povestləri - "Gecə məşəl yanır", "İlk təkan", "Duman çəkilir", "Günəşə sarı gedəndə", "Qorxu" və romanları - "Dalanda", "Sonsuzluq", "Mən DTK-nın təcridxanasında yatmışam" işıq üzü görür. Onun 1991-ci ilə qədər Bakıda, Moskvada və başqa müttəfiq respublikalarda 30-dan çox kitabı nəşr olunmuşdu. Əsərləri ingilis, ispan, alman, fin, hind, polyak, türk dillərinə çevrilmişdir. Özü isə Rəsul Həmzətovun məşhur "Mənim Dağıstanım" əsərinin birinci hissəsini azərbaycancaya çevirmişdi.

Yazıçının "Dalanda" povesti 1990-cı ildə əvvəlcə Moskvada "Sovetskiy pisatel" nəşriyyatında, daha sonra isə bütün dünyada ən böyük tirajlı nəşr olan (1,05 milyon nüsxə) "Roman-qazeta"da yayımlanır.

Sabir Azəri çoxlu sayda hekayələrin müəllifidir. Yazıçının ssenarisi əsasında "Azərbaycanfilm" studiyası "Köhnə bərə" bədii filmini çəkmişdir. "Duman çəkilir" pyesi isə Mingəçevir Teatrında tamaşaya qoyulmuşdur. Son vaxtlar çağdaş həyatımızdan bəhs edən "Qullar" povesti üzərində işlədiyini deyirdi.

Sabir Azəri hər zaman fəal həyat mövqeyini bildirən, aktual ictimai-siyasi məsələlərdən özünü kənarda tutmayan bir ziyalı, bir vətəndaş idi.

Allah rəhmət eləsin!


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Yenə də diplom satanlar tutuldu
Bir kollec diplomu - 12.500 dollar!

Parlamentə şikayət edənlərin sayı azalıb
2009-cu ildə Milli Məclisə 4968 nəfər müraciət edib. Bu barədə parlament mətbuat xidmətindən məlumat almışıq.

Bəzi qəzetlər parlamentin adından reketçilik edir
Milli Məclisin isə cəmi iki mətbu orqanı var

Azərbaycanlı zəvvarlar İraqda güllələnib
Atışma zamanı 14 yaşlı azərbaycanlı qız ölüb, 2 nəfər isə ağır yaralanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər