Parlamentə şikayət edənlərin sayı azalıb
|
Şənbə, 30.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
2009-cu ildə Milli Məclisə 4968 nəfər müraciət edib. Bu barədə parlament mətbuat xidmətindən məlumat almışıq. Mətbuat xidmətinin rəhbəri Akif Nəsirov deyir ki, bu quruma üz tutanlar müxtəlif sahələrdə hüquqlarının pozulmasından şikayət ediblər: "Ötən payız sessiyası zamanı 1650 nəfər Milli Məclisdə qəbula yazılıb. Onlardan 1350 nəfərinin işinə baxılıb və müvafiq kömək göstərilib".
Akif Nəsirov deyir ki, 2009-cu ildə Milli Məclisə müraciət edənlərin sayı əvvəlki ilə nisbətən 6,5 faiz az olub. Mətbuat xidmətinin rəhbəri bunun səbəbini deputat köməkçilərinin fəaliyyəti ilə əlaqələndirir:
"Şikayətçilərin bir qismi artıq deputat köməkçilərinin vasitəsilə yerlərdə problemlərini həll etməyə nail olurlar. Bu da köməkçi institutunun özünü doğrultmasından xəbər verir".
Akif Nəsirov ötən il elektron poçt vasitəsilə qəbula yazılanların sayının artdığını da bildirdi.
|
|
|
Oxşar xəbərlər:
Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir
"Parlament seçkisi olmasın, artıq xərcdir"
Milli Məclis Avropa Parlamentinə etiraz etdi
Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
|
|
|