![]() |
çap et |
|
|||
Ölkədə saxta diplom bazarının mövcudluğunu daha bir fakt təsdiq etmişdir. Saxta diplom satan bir qrup şəxs polis orqanları tərəfindən tutulmuşdur, - deyə APA ölkə Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərə görə, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının operativ tədbirləri sayəsində Bakı sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova bir-birləri ilə sövdələşərək, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ibtidai sinif müəllimi fakültəsini bitirmək barədə saxta diplom düzəltmişlər. Saxta diplom Nərgiz Əhmədovanın adına yazılmışdır. "İşbaz" qadınlar bu diplomu Nərgizin həyat yoldaşı Eldar Axundova 12.500 dollara satdıqları əsnada polis tərəfindən tutulmuşlar. DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi cinayətlə bağlı təhqiqata başlamışdır. Xatırladaq ki, bütün MDB məkanı kimi, Azərbaycanda da saxta diplom bazarı çiçəklənməkdədir. Bu çox gəlirli gizli biznesdən Qərb ölkələrində xəbərdardırlar və bu səbəbdən MDB ali təhsil diplomlarına son dərəcə ehtiyatlı münasibət mövcuddur. |