Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Yenə də diplom satanlar tutuldu
Bir kollec diplomu - 12.500 dollar!
Şənbə, 30.01.2010

mətn ölçüsü  

Ölkədə saxta diplom bazarının mövcudluğunu daha bir fakt təsdiq etmişdir. Saxta diplom satan bir qrup şəxs polis orqanları tərəfindən tutulmuşdur, - deyə APA ölkə Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərə görə, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının operativ tədbirləri sayəsində Bakı sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova bir-birləri ilə sövdələşərək, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ibtidai sinif müəllimi fakültəsini bitirmək barədə saxta diplom düzəltmişlər. Saxta diplom Nərgiz Əhmədovanın adına yazılmışdır.

"İşbaz" qadınlar bu diplomu Nərgizin həyat yoldaşı Eldar Axundova 12.500 dollara satdıqları əsnada polis tərəfindən tutulmuşlar. DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi cinayətlə bağlı təhqiqata başlamışdır.

Xatırladaq ki, bütün MDB məkanı kimi, Azərbaycanda da saxta diplom bazarı çiçəklənməkdədir. Bu çox gəlirli gizli biznesdən Qərb ölkələrində xəbərdardırlar və bu səbəbdən MDB ali təhsil diplomlarına son dərəcə ehtiyatlı münasibət mövcuddur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Parlamentə şikayət edənlərin sayı azalıb
2009-cu ildə Milli Məclisə 4968 nəfər müraciət edib. Bu barədə parlament mətbuat xidmətindən məlumat almışıq.

Bəzi qəzetlər parlamentin adından reketçilik edir
Milli Məclisin isə cəmi iki mətbu orqanı var

Sabir Azəri həyata vida etdi
Yazıçı Sabir Azəri (Sabir Əli oğlu Tatlıyev) srağagün həyata vida etmişdir.

Azərbaycanlı zəvvarlar İraqda güllələnib
Atışma zamanı 14 yaşlı azərbaycanlı qız ölüb, 2 nəfər isə ağır yaralanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər