Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dərbənddə mer seçkisi mübahisəsi
Yeni seçki 14 martda olmayacaq
Şənbə, 30.01.2010

İ.Balıoğlu mətn ölçüsü  

Əhalisinin əksəriyyətini etnik Azərbaycan türklərinin təşkil etdiyi Dərbənd şəhərində mer seçkisi mübahisəsi hələ də davam edir. Son olaraq, Dağıstan Ali Məhkəməsi Dərbəndin 3 sakininin iddiasını təmin etməyib. Onlar tələb edirdilər ki, bu şəhərin mer seçkisi martın 14-də ümumi səsvermə günü keçirilsin. Məhkəmə seçki gününü təyin etməkdən boyun qaçırıb, qeyd olunub ki, mer seçkisi gününü təyin etmək Dərbənd şəhər ərazi seçki komissiyasının hüququdur.

Məsələ belədir ki, Dağıstan prezidenti Muxu Əliyevin səlahiyyəti fevralın 20-də başa çatır, prezident seçkisi isə martın 14-nə təyin edilib. Görünür, vəziyyətin onsuz da gərgin olduğu Dağıstanda istəməyiblər ki, prezident seçkilərinə paralel olaraq Dərbənddə də mer seçkisi keçirilsin. Bunları bir-birindən ayırmaq vacib sayılıb.

Seçkilərin mart ayına təyin olunmasını mer vəzifəsinə iki keçmiş namizəd - Elxan Kazımov və Salih Ramazanov və şəhər sakini Şahban Hafizov tələb edirdilər.

Bildiyimiz kimi, şəhərdə mer seçkisi oktyabrın 11-də oldu. Həmin ərəfədə müxtəlif namizədlərin tərəfdarları arasında toqquşmalar baş vermişdi. Seçki günü üç məntəqə işləmədi. Seçki komissiyaları əməkdaşlarına təzyiqlər göstərilir, seçicilərin səsi pulla satın alınırdı. Dağıstan mediasında yer alan bilgilərə görə, bir səs - 15 min rubla satılırdı.

Odur ki, bütün bu rüsvayçılıqdan sonra Dərbənd şəhər məhkəməsi dekabrın 3-də seçkinin nəticəsini ləğv etdi. Dekabrın 28-də Dağıstan Ali Məhkəməsi bu qərarı qüvvədə saxladı.

Məsələyə RF-in ali instansiyaları qarışdılar. RF prezidenti Dmitri Medvedyev dedi ki, şəhərdə yeni seçkilər keçiriləcək.

Əlavə edək ki, Dərbənddə 100 minə yaxın seçici var. Onların 70 faizi etnik azərbaycan türkləridir. Qalan 30 faizi Dağıstan xalqlarının təmsilçiləri təşkil edir. 11 oktyabr seçkisində azərbaycanlılardan olan namizəd, hüquqşünas Hikmət İsmayılov ən yüksək çevrələrdən - Moskvadan və Mahaçqaladan edilən təzyiqlər nəticəsində namizədliyini geri götürməli oldu və mübarizə ləzgi milliyyətindən olan iki namizəd - Feliks Qaziəhmədov və İmam Yarəliyev arasında getdi. Yeni seçkilərin nə şəkildə cərəyan edəcəyi, kimlərin arasında gedəcəyi təkrar seçkinin vaxtı təyin olunandan sonra bilinəcək. Moskva istəmir ki, Azərbaycanla sərhəddə yerləşən və əksəriyyəti türklərin təşkil etdiyi bir şəhərdə mer azərbaycanlı olsun.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mərasimləri tənzimləməyin yolu tapılmır

Çimərliklərimizin çoxu çimməklik deyil

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

Rahat çimin!

Bölmənin digər xəbərləri
 
Avropadan yeni Qafqaz Hərəkatı
Rusiya da öz Qafqaz siyasətini dəyişməyə başlayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər