Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Avropadan yeni Qafqaz Hərəkatı
Avropadan yeni Qafqaz Hərəkatı
Rusiya da öz Qafqaz siyasətini dəyişməyə başlayıb
Şənbə, 30.01.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin ekspert
mətn ölçüsü  

Son 15 ildə Avropada Qafqaz kökənli əski diaspor təşkilatları və yeni mühacirlərin birləşmə prosesi xeyli dərəcədə sürətlənib. Bu sırada özəlliklə gürcü, çeçen, inquş və azərbaycanlı mühacir təşkilatlarının arasında dərin uzlaşma müşahidə olunur. Bu xalqları təmsil edən ictimai qurumlar ötən il Danimarkanın Herlev şəhərində "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı adlı qurum təsis ediblər. Yeni qurum bu il fevralın 19-20-də paytaxt Kopenhagendə Avropa Qafqaz Diaspor Təşkilatlarının Birləşmiş Qurultayını keçirəcək.

Bunun ardınca isə fevralın 23-də Kopenhagendə qurultay iştirakçıları "Xocalı soyqırımı" və "Çeçen soyqırımı" xatirəsinə həsr olunmuş küçə yürüşləri təşkil edəcəklər. Bu yürüşlərə Avropada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi və Qafqaz diaspor təşkilatları da qatılacaqlar. "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatının faktiki olaraq dünyanın bir sıra dövlətlərində nümayəndəlikləri də yaradılıb.

Rusiyanın neoimperiya siyasətinə qarşı dirənişin əhatəsi genişlənir

Mərkəzi qərargahı Danimarkanın Herlev şəhərində yerləşən "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatının əsas hədəfi Rusiyanın Qafqazda neoimperiya siyasətinin gizlinlərini regionda yaşayan xalqlara anlatmaq, tarix boyu Moskvadan yönəldilən antiqafqaz siyasətinin bütün çalarlarını gündəmə gətirməklə yanaşı, həm də Qafqaz xalqlarının regionda hər hansı bir dövlətin imperiya siyasəti təşəbbüslərinə qarşı birgə mübarizə və dirənişlər aparmaqdır. Bu qurumun rəhbərliyinin fikrincə, Gürcüstan, Azərbaycan və Çeçenistanın ayrı-ayrılıqda Rusiyanın müxtəlif vasitələrlə onlara qarşı apardığı soyqırım siyasətinə, bu xalqların ərazilərinin işğalına qarşı aparılan mübarizələrin heç bir effekti yoxdur. Buna görə də ümumqafqaz müstəvisində gündəmə gətirilən uzlaşmış fəaliyyət proqramları sayəsində Rusiyanın ənənəvi imperiya siyasətinin qarşısını almaq mümkündür.

"Azad Qafqaz" İctimai-Siyasi Hərəkatının təşkilat komitəsində İsa Munayev (Çeçen-İçkeriya), Rusudan Giorqberidze (Gürcüstan), Səfər Sadiqi, Güllü Cahangirova və Şahin Atayev (Azərbaycan), İlyas Musayev (İnquşetiya) təmsil olunurlar. Bununla yanaşı, Varşavadakı "Polşa Qafqaz Evi" (sədri Hicran Əliyeva), "Odissey Fondu" (prezident Vitold Mixaylovski), "Polşa Geopolitika İnstitutu" (rektoru Leşek Sikulski), "Çeçen-İçkeriya Respublikasının Müstəqilliyinin Qorunması Beynəlxalq Assambleyası" (prezidenti Əhməd Malsaqov), "Azad Çeçen-İçkeriya İctimai-Siyasi Hərəkatı" (sədri Rizvan Arsakayev), "Qafqaz Konfederasiyası", "İnquşetiya Respublikasının Hüquqlarının Müdafiəsi" (sədri Tarxan Qalayev), Kopenhagen Universitetinin professoru, məşhur Qafqazşünas Karl Erik Forverski, Herlev Uiversitetinin professoru, Qafqaz araşdırmaları üzrə məşhur mütəxəssis Bindesbül Larsen və İngiltərə, Fransa, Almaniya, Avstriya, İsveç, Belçika, Hollandiya, Danimarka, ABŞ, Kanada və Yaponiyanın Qafqazla bağlı nüfuzlu strateji mərkəzləri də bu sırada "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatına açıq şəkildə dəstək verməkdədirlər.

Bu mərkəzlərin mütəxəssislərinin fikrincə, Avropa məkanının tərkib hissəsi hesab olunan Qafqaz regionunda kütləvi insan qırğınlarına, mövcud problemlərin hərb müstəvisində həllinə qətiyyən yol vermək olmaz. Hər bir xalqın beynəlxalq hüquq müstəvisində milli, ictimai hüquqdarının qorunması ilə yanaşı, onlara məxsus respublika statusuna hörmətlə yanaşılmalıdar. Regionda xarici gücün dəstəyilə separatizm, dondurulmuş münaqişələr tipli siyasətlər ümumi inkişafa qarşı məqsədli şəkildə yönəldilmiş neoimperiya maraqlarına xidmət edir.

Genişlənən "Beynəlxalq Qafqaz Diaspor Hərəkatı"

Hazırda Avropa dövlətlərində 1996-cı ildən bu günə kimi məskunlaşmış 150 min çeçen, 25 min inquş, 100 mindən yuxarı gürcü, 30 min çərkəz (kabarda, çərkəz, çapsuq, abaza, abxaz, adıgey), 125 minə yaxın dağıstanlı, 180 mindən çox azərbaycanlı mühacir yaşayır. Onların çoxu Qafqazda Rusiya tərəfindən gündəmə gətirilmiş və idarəolunan etnik münaqişələrin, savaşların "sayəsində", eləcə də ağır siyasi-sosial həyat tərzi üzündən məcburi şəkildə mühacirətə getmiş vətəndaşlardır.

2002-ci ildən etibarən Qafqaz kökənli topluluqlar ilk sırada özlərinin malik olduqları mədəni və ictimai mərkəzlərini yaratmağa, bununla da beynəlxalq aləmin hüquq normaları çərçivəsində mənsub olduqları tarixi regionun problemlərinin üstün səviyyədə həlli istiqamətində hərəkətə keçiblər. Faktik olaraq, bu ictimai qurumları təmsil edənlər arasında azərbaycanlılar, gürcülər, çeçenlər və inquşlar daha aktiv görünürlər.

Azərbaycanın ərazilərinin işğalı və Xocalı soyqırımı kimi həqiqətlərin tanıdılması üçün təşkilatlanmış şəkildə müntəzəm olaraq mitinqlərin, piketlərin, digər ictimai-siyasi aksiyaların keçirilməsi, elmi konfransların təşkili, kitabların, dərgilərin nəşri, beynəlxalq səviyyədə işlək dillərdə internet səhifələrinin yaradılması, beynəlxlaq təşkilatlarla birlikdə bu problemlərin gündəmə gətirilməsi yönündə aparılan fəaliyyətlər faktiki olaraq yeni bir mərhələdir.

2008-ci ilin avqustunda Rusiyaya məxsus hərbi qüvvələrin Güney Osetiyaya və sonra da Gürcüstanın paytaxtı Tbilisinin 30 km qədər gəlməsi, beynəlxalq səviyyədə bu müdaxiləyə qarşı dirənişlər də güclənmiş oldu. Avropa Birliyi beynəlxplq qurumların dəstəyi ilə ilk dəfə Rusiyaya məxsus hərbi qüvvələrin işğal etdiyi regiondan çox asanlıqla, qısa bir zamanda dışlanmasını təmin edə bildi. Məhz bu aksiyadan sonra Azərbaycan, Çeçen-İçkeriya, İnquşetiya, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey respublikalarında Rusiya tərəfindən idarəolunan xalqlararası münaqişələrə münasibətlər də tamam dəyişdi.

İlk addım kimi Avropa Şurası bu yöndə parlamentdə xüsusi dinləmələr, konfranslar keçirməyə başladı. Quzey Qafqazda 19-cu yüzildə Rusiya tərəfindən aparılmış "Çərkəz soyqırımı" (2 milyondan artıq əhali məhv edilib), "1994-1996, 1999-2005-ci illərdə Çeçenistanda aparılan soyqırımlar", "Separatçı Abxaziya və Güney Osetiyada gürcü vətəndaşlarının soyqırıma məruz qalması", "Dağlıq Qarabağın separatçı və soyqırım siyasəti aparılan bir bölgə olması", "Dağıstanda və Quzey Qafqaz regionlarında insan hüquqlarının durumu" mövzularına xüsusi diqqət yaranıbdır.

Qafqazın regionlara bölünmədən (quzey və güney) mövcud olan problemlərinin həlli istiqamətində birgə fəaliyyət taktikası və strategiyası artıq bu günün reallığına çevrilməkdədir. Avropada Qafqazla bağlı başlanan münasibətlərin mahiyyəti artıq çox ciddi mərkəzlər tərəfindən diqqətlə təhlil olunmağa başlayıb. Onların qənaətincə, Qafqaz və Orta Asiya kimi geosiyasi, iqtisadi, karbohidrogenlərlə zəngin olan bu strateji regionların Rusiya, Çin, Hindistan və İran kimi daim totalitar, xunta tipli siyasətlərə önəm verən dövlətlərin ağuşuna vermək olmaz. Digər tərəfdən, Qərb tərəfindən gündəmə gətirilən TRASEKA proyektinin əsas şərti bu iki strateji regionla iqtisadi, maliyyə, sosial sahədə inteqrasiyanın gücləndirilməsinə çalışır. Bu yöndə Qafqazda bütöv şəkildə baxılması zərurəti yaranıbdır.

Yeni təfəkkür və çağdaş strategiya

Uzun müddətdir Qərbin dəstəyilə Qafqazda formalaşdırılan QHT sektorunun fəaliyyətində son zamanlar yeni keyfiyyət və məzmun xarakteri yaranıbdır. Bu qurumlar sadəcə informasiya texnologiyalarının inkişafı istiqamətində deyil, həm də demokratik proseslərin dərinləşməsində toplumlarla maarifləndirmə meyarlarına da üstünlük verməyə başlayıblar. Bu ilin yanvar ayından etibarən Tbilisidə fəaliyyətə başlayan "Kavkaz-TV" kanalı artıq özünün tamaşaçı auditoriyasının əhatə dairəsini qısa zaman ərzində bütün Qafqaza yaya bilmişdir. Bu TV kanalda bütün Qafqaz xalqlarının həyat tərzi barədə həqiqətlərə üstünlük verildiyi üçün, demək olar ki, indi Quzey Qafqaz respublikalarının əhalisi daha çox bu kanala baxmağa üstünlük verir.

Avropada məskunlaşan Qafqaz kökənli mühacirlərin təşkilatları da bir sıra informasiya mərkəzləri yaradaraq, regiondakı gerçəklikləri əks etdirməyə başlayıblar. Bu sırada arsny.ge chechencenter.info, caucasusnews.com, ichkeria.info, chechenrerublic.net, 1k-tv.com, caucasus.clan.su, caucasusyournalists.net, caucasusnews.com, kavkasia.ge, kavkasia.net, kakavkazweb.net, ghn.ge, kafkas.org.tr, geocites.com, cherkesrlatformu.org, caucasiya.gov.co, inqushetiya.org, adiga.co.il, kaukasus.nl, evrora.eu.int, eurorarl.eu.int, unhcr.ch, hrw.org, omct.org/woatusa, echr.coe.int, get.to/comite, czeczenia.bloq.rl, stigal.com, incore.ulst.ac.uk, caucasustimes.com, cacianalyst.org, nuri.no, sil.org, caucasus-conference.org, rec-caucasus.org, civilsoc.org və digər mərkəzlərin gündəlik fəaliyyətləri də bunun təsdiqidir.

2008-ci ildə Rusiyada prezident seçilən Dmitri Medvedyevin tədricən formalaşdırmağa başladığı "Yeni Rusiya Siyasəti"nin əsas təməl prinsiplərindən biri "Qafqazda Humanitar Siyasət Projekti"dir. Bu yöndə D.Medvedyev hətta bir sıra uğurlara da imza atıb. Qaraçay-Çərkəz və İnquşetiyada onun təyin etdiyi prezidentlər doğrudan da regionun problemlərinin həllində xalqla birgə fəaliyyətə üstünlük verirlər.

Dağıstanda fevralın 20-də Məhəmməd Abdullayevin prezident kürsüsünə otuzdurulacağı gözlənilir. Sırada isə Adıgey, Kabarda-Balkar, Çeçenistan və Quzey Osetiyada Dmitri Medvedyevin kadrlarının təyinatı gözlənilir. Bununla yanaşı, Dmitri Medvedyev "Cənubi Rusiya Federal Dairəsi"ni ikiyə bölərək "Quzey Qafqaz Federal Dairəsi" və "Cənubi Rusiya Federal Dairəsi"ni təsis edib. Onun bu addımı atmasını Rusiyanın da öz Qafqaz siyasətini dəyişməsi kimi dəyərləndirən güc mərkəzləri var.

Ancaq əksər analitiklərin fikrincə, Rusiyanın daim istiqrarsız və gözlənilməz addımlara hesablanmış bu siyasətinin hansı perspektivlərə hesablandığı hələlik müəmmalıdır. Buna görə də Qərb çevrələri Rusiyadan fərqli olaraq daha effektiv təsir texnologiyaları tətbiq etməyi düşünürlər. Hələlik Gürcüstandakı demokratik proseslərin əhatə dairəsinin yeni coğrafi məkanlara genişlənməsi əsas strategiya qəbul edilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

Azərbaycan nağılları Avropa ölkələrində

Yeganə Avropaya səs salacaq

Bölmənin digər xəbərləri
 
Dərbənddə mer seçkisi mübahisəsi
Yeni seçki 14 martda olmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər