Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Şaumyanla Əzizbəyov eyni amala qulluq ediblər
Yaqub Mahmudov: "Əzizbəyov Biləsuvar, Salyan rayonlarında kütləvi qırğınlar həyata keçirib"
Şənbə, 30.01.2010

Elçin mətn ölçüsü  

"Ötən il yanvarın 24-26-da 26 Bakı Komissarının cəsədləri "Sahil bağı"ndan ümumi şəhər qəbiristanlığına köçürülüb. Üç gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutu mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və orada cəmi 23 cəsədin qalıqları tapılıb". Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov keçirdiyi mütbuat konfransında deyib.

Yaqub Mahmudov bildirib ki, bundan sonra Tarix İnstitutu dərhal tədqiqatlara başlayıb: "Bəzi şəxslər arxivləri qaldırmadan, araşdırma aparmadan israr etməyə başladılar ki, Stepan Şaumyanın cəsədi orda olub. Amma həmin cəsədlər yaş göstəricilərinə görə düzülmüşdü. "26-lar"ın arasında 3 nəfərin yaşı 40-dan yuxarı olub - Məşədi Əzizbəyov, Stepan Şaumyan və Tatevos Əmiryanın. "Sahil bağı"ndan çıxarılan cəsədlərdən isə yalnız biri 40 yaşdan yuxarı şəxsin idi ki, bu da Məşədi Əzizbəyovun yaş göstəricilərinə uyğun gəldi. Şaumyanla Əmiryanın heç birinin cəsədinin qalıqları tapılmadı. Cəsədi tapılmayan üçüncü şəxs isə İçərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyandır. Avakyan daşnakları silahla təmin edən əsas şəxslərdən biridir. Həmin vaxt onun 23 yaşı olub. "Sahil bağı"ndan həmin yaş həddində bir neçə cəsəd tapılıb. Araşdırma nəticəsində məhz onun orada basdırılmadığı müəyyənləşdirilib. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də təsdiq edir".

Yaqub Mahmudov deyib ki, Tarix İnstitutunun apardığı tədqiqatlar zamanı Türkmənistanda arxivdən xüsusi teleqram aşkarlanıb: "Bu teleqram Stepan Şaumyanın "güllələnməsi" ilə bağlıdır. "26-lar" 1918-ci il sentyabrın 20-də güllələniblər. Həmin teleqramda isə göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyana və Anastas Mikoyana "suxoy poyok" verilib. Şaumyan necə güllələnə bilərdi? O, Mikoyan vasitəsi ilə Leninə xəbər göndərib. Teleqramda o da göstərilib ki, ona orada ilk günlər gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat veriblər".

Yaqub Mahmudovun sözlərinə görə, Tarix İnstitutu Stepan Şaumyanla bağlı 4-5 belə teleqram da aşkarlayıb: "Həmin teleqramlarda da Şaumyanın güllələnmədiyi, Daşnaksütyun Partiyasının əsas simalarından biri olduğu aşkarlanıb".

Azərbaycanlılara qarşı qırğınlar törədən Şaumyanın Hindistanla bağlılığının olub-olmaması məsələsinə gəldikdə, millət vəkili bu faktın araşdırılacağını vurğulayıb. Onun sözlərinə görə, Şaumyanın güllələnmədiyi və Hindistanla əlaqələri ilə bağlı bir neçə qaranlıq məqam var: "SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R.Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında "Şaumyan" deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında Sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb.

Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-cu illərdə Dağlıq Qarabağ problemi başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorbaçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. O, xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər".

Məşədi Əzizbəyova gəldikdə, Yaqub Mahmudov onun Şaumyanın əlində bir alətə çevrildiyini bildirib: "Mən çox təəssüf edirəm ki, Məşədi Əzizbəyov o vaxt Stepan Şaumyanla Nəriman Nərimanov kimi davranmayıb, onun hərəkətlərini tənqid etməyib. Gərək o, Şaumyana qoşulmayaydı. Ən azı daşnakların məhv edilməsi xəttini tutmalı idi. Amma ondan istifadə etdilər".

Onun sözlərinə görə, aparılan tədqiqatlar sübut edir ki, Məşədi Əzizbəyovu "26-lar"a beynəlmiləl görkəm verməkdən ötrü əlavə ediblər: "Çox təəssüf ki, Məşədi Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bunu sübut edən faktlar da var. "26-lar" soyqırım cəlladlarıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində
Bakı Şəhər Prokurorluğu jurnalistlə bağlı məlumat yayıb

Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub

İKT Parlamentində 2 qətnamə qəbul edilib
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlıdır

Milli Məclis gələn həftə işə başlayır
"Diffamasiya haqqında" qanun baxılacaq qanunlar sırasında yoxdur

Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib

"Naxçıvan: qaranlıq ada"
Norveç Helsinki Komitəsi hesabat hazırlayıb

Orduda ağır hadisə
Daşkəsəndə hərbi hissədə 6 əsgər öldürüldü, 2 yaralı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər