Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Naxçıvan: qaranlıq ada"
Norveç Helsinki Komitəsi hesabat hazırlayıb
Şənbə, 30.01.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Norveç Helsinki Komitəsi "Naxçıvan: qaranlıq ada" adlı hesabat hazırlayıb. "Azadlıq" radiosunun məlumatına görə, hesabatda deyilir ki, Azərbaycanın regionları arasında Naxçıvan insan haqlarının daha tez-tez və kobud şəkildə pozulduğu yerdir. Naxçıvanda yerli hakimiyyət öz rəqiblərini susdurmaq üçün onları ruhi xəstəxanaya salır, misal kimi AXCP üzvü Ələsgər İsmayılovun və b. adı çəkilir.

İnsan Haqları Resurs Mərkəzinə hücumlar edildiyi, Mərkəzin əməkdaşlarının döyüldüyü qeyd edilir. Yerli məmurları tənqid edən jurnalistlərin və prezidentə şikayət ərizəsi yazanların təzyiqlərə məruz qaldığı, dövlət orqanlarında işləyənlərin məcburi qaydada iməciliklərdə işlədildiyi deyilir. Bənəniyar kəndində dindarların həbsi tənqid olunur.

Norveç Helsinki Komitəsi beynəlxalq ictimaiyyəti və Azərbaycandakı diplomatik nümayəndəlikləri Naxçıvanda insan haqlarının pozulması hallarını sərt tənqid etməyə, muxtar respublikada demokratikləşməyə yönələn proqramlar həyata keçirməyə çağırır.

Hesabatda Qərb ölkələri səfirliklərinin bu sahədə az iş gördüyü, Naxçıvandakı qanun pozuntularını açıq tənqid etmədiyi, "hakimiyyətdəki nüfuzlu Naxçıvan klanı ilə münasibətləri pozmaq istəmədiyi" qeyd edilir. Bundan başqa, bildirilir ki, Naxçıvana gedən hava yolu İranın şimalından keçdiyi üçün həmin səfirliklər öz heyətlərinin təhlükəsizliyini də nəzərə alırlar.

Komitənin rəhbəri Berit Linderman kitabça şəklində buraxdığı və Naxçıvanda baş verən hadisələrlə bağlı fotoşəkillərin də əks olunduğu hesabatı AŞPA-nın yanvarın 25-29-da Strasburqda keçirilən sessiyasında da yayıb, görüşdüyü AŞPA rəsmilərinə təqdim edib.

Onunla birlikdə görüşlərdə Norveçin "İnsan Haqları Evi" təşkilatının sədri Anne Bonde, eləcə də Naxçıvan Resurs Mərkəzinin rəhbərləri Məlahət Nəsibova və İlqar Nəsibov da iştirak ediblər.

Onlar AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Andres Herkel və ATƏT-in media üzrə nümayəndəsi Mikloş Haraşti ilə də görüşüblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azdrama truppası sentyabrda Norveçə səfər edəcək

BMT Azərbaycan hökumətini tənqid etdi

Türk dövlətlərinin liderləri Naxçıvana yığışdılar

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

İlhamə Quliyeva hesabata hazırlaşır

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində
Bakı Şəhər Prokurorluğu jurnalistlə bağlı məlumat yayıb

Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub

İKT Parlamentində 2 qətnamə qəbul edilib
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlıdır

Milli Məclis gələn həftə işə başlayır
"Diffamasiya haqqında" qanun baxılacaq qanunlar sırasında yoxdur

Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib

Şaumyanla Əzizbəyov eyni amala qulluq ediblər
Yaqub Mahmudov: "Əzizbəyov Biləsuvar, Salyan rayonlarında kütləvi qırğınlar həyata keçirib"

Orduda ağır hadisə
Daşkəsəndə hərbi hissədə 6 əsgər öldürüldü, 2 yaralı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər