Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Milli Məclis gələn həftə işə başlayır
Milli Məclis gələn həftə işə başlayır
"Diffamasiya haqqında" qanun baxılacaq qanunlar sırasında yoxdur
Şənbə, 30.01.2010

F. Sabirqizi mətn ölçüsü  

Ötən sessiya zamanı MM 13 iclas keçirmiş, 80 qanun və qərar qəbul etmişdir. Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır. Parlament komitələrinin 62 iclası keçirilib və orada 167 məsələyə baxılıb. Bu haqda dünən MM-də mətbuat konfransında məlumat verildi. Yeni sessiyanın başlanmasına həsr olunan tədbirdə əsasən ötən sessiya haqqında hesabat verildi.

MM mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, 2009-cu ilin payız sessiyası bir çox vacib qanunvericilik aktları ilə yadda qalıb. Onların sırasında bələdiyyələrə dair bəzi sənədlərin, sosial və iqtisadi sahələrə dair çoxlu layihələrin qəbulu göstərildi.

Akif Nəsirov xatırlatdı ki, ötən sessiya ərzində MM ABŞ Dövlət Konqresi və Avropa Parlamentinə məktub göndərib: "Dövlət Konqresinin Azərbaycan Xarici İşlər Nazirliyinə verdiyi cavabı elə həm Milli Məclisin, həm də digər təşkilatların göndərdiyi bəyanatlara cavab kimi qəbul etmək olar". Mətbuat xidmətinin rəhbəri 2009-cu ilin sentyabrında Milli Məclisdə Türkdilli Dövlətlərin Parlament Assambleyasının iclasının keçirilməsini, qadınlara qarşı zorakılığa dair dinləmələri yüksək qiymətləndirdi.

Fevralın 1-də ilk iclasdır

Yeni sessiyanın ilk iclasına gəlincə, Akif Nəsirov artıq fevralın 1-də ilk toplantının olacağını dedi. Onun sözlərinə görə, gündəliyə 14 məsələnin müzakirəsi daxil edilib. İlk iclas günündə Milli Məclisin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaların yenidən təşkili məsələlərinə baxılacaq. Bundan başqa, Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında saziş, eyni zamanda "Azərbaycanla Qazaxıstan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" saziş təsdiqlənəcək.

Toplantıda "Polis haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna, "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"na əlavə və dəyişiklik edilməsi də müzakirəyə çıxarılacaq. Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsinə də münasibət bildiriləcək. İclasda həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Diffamasiya haqqında" qanun layihəsi siyahıya salınmayıb

Ümumilikdə yaz sessiyasının işlər planına 22 məsələ salınıb. Bunlar arasında Tikinti, Şəhərsalma və Rəqabət Məcəlləsinin adını çəkmək olar. Maraq doğuran layihələr kimi "Ali təhsil haqqında", "HİV infeksiyası ilə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" və digər qanun layihələrini sadalamaq mümkündür.

Bilavasitə jurnalistlərin fəaliyyətinə gəlincə, yaz sessiyasında "Məhkəmələrin fəaliyyəti haqqında", "İnformasiya əldə etmək barədə" və "Fərdi məlumatlar haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. Dörd millət vəkili tərəfindən Milli Məclisə təqdim olunan "Diffamasiya haqqında" qanun layihəsinin adı isə işlər planına daxil edilməyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan heyəti Cenevrədə çətinə düşüb

Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək

AŞ PA payız sessiyası başlayır

Ruhi ən bahalı kameranın görüntülərində

Jurnalistlərin təqibolunma imkanının "sirri"

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində
Bakı Şəhər Prokurorluğu jurnalistlə bağlı məlumat yayıb

Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub

İKT Parlamentində 2 qətnamə qəbul edilib
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlıdır

Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib

"Naxçıvan: qaranlıq ada"
Norveç Helsinki Komitəsi hesabat hazırlayıb

Şaumyanla Əzizbəyov eyni amala qulluq ediblər
Yaqub Mahmudov: "Əzizbəyov Biləsuvar, Salyan rayonlarında kütləvi qırğınlar həyata keçirib"

Orduda ağır hadisə
Daşkəsəndə hərbi hissədə 6 əsgər öldürüldü, 2 yaralı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər