![]() |
çap et |
|
|||
Azərbaycandan millət vəkilləri Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə Uqandanın paytaxtı Kampalada keçirilən İslam Konfransı Təşkilatı Parlamentinin növbəti sessiyasında iştirak ediblər. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) mətbuat xidmətindən daxil olan məlumata görə, İKT Parlamentinin Siyasi və İqtisadiyyat Komitəsinin 2 gün davam edən iclasında bizim millət vəkilləri Azərbaycanla bağlı iki qətnamənin qəbuluna nail olublar.
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və İslam Konfransı Gənclər Təşkilatının işi və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlı qətnamələrdir. Qətnamələrin İKT-nin 6-cı sessiyasında qəbul olunması istiqamətində işlər aparmaq niyyəti ilə Azərbaycan heyəti İKT-yə daxil olan digər ölkələrin heyətləri, parlament sədrləri ilə görüşlər keçiriblər. İslam Konfransı Təşkilatı Parlamentinin sədri Mahmud Qılıcla bir neçə görüş keçirən S.Rüstəmxanlı İKT-nin yanvarın 30-31-də keçiriləcək 6-cı sessiyasında komitədə qəbul olunmuş qətnamələrin müzakirəsinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. |