Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub
Şənbə, 30.01.2010

İsmayıl Umudlu mətn ölçüsü  

Azərbaycan dövlətçiliyinin banisi, görkəmli siyasi xadim, bütün şüurlu həyatını Azərbaycan davasına həsr etmiş olan Məmməd Əmin Rəsulzadənin Rusiya tarixçilik auditoriyasına təqdim olunması işində daha bir addım atılmışdır. Moskvada Məmməd Əmin Rəsulzadənin "Əsərlər və məktublar toplusu" nəşr edilmişdir. Tərtibçi, önsözün və izahların müəllifi görkəmli tarixçi alim Salavat İsxakovdur ("Flinta" nəşriyyatı, 368 səh.).

Bu toplu Rəsulzadənin həyata vida etməsinin 55-ci ildönümünə həsr olunub. Topluda onun 1923-cü ildə Türkiyədə nəşr olunmuş "Azərbaycan Cümhuriyyəti" kitabının ruscaya ilk tərcüməsi, onun 1920-1930-cu illər arasında yazdığı, SSRİ-nin və Azərbaycan SSR-in daxili-siyasi vəziyyətinin təhlil olunduğu və indiyədək elmi ictimaiyyətə bəlli olmayan məqalələri, Parisdə fransızca nəşr olunan antikommunist istiqamətli "Prometey" dərgisində dərc olunmuş məqalələri orijinalda (fransızcada) verilmişdir. Topluda Məmməd Əmin Rəsulzadənin müxtəlif vaxtlarda Mustafa Çokayevə (Türküstan, qazax dövlət xadimi, mühacir, 1941-ci ildə Berlində vəfat edib), Yohanes Bensinqə (alman türkoloqu) və Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubları da görürük. Bu materiallar bəzi hallarda orijinalın fotosurətləri ilə müşayiət olunur.

Azərbaycan Cümhuriyyətinin (1918-20) tarixinə dair tendensiyalı münasibətin qalmaqda olduğu Rusiya elm auditoriyasına məhz Məmməd Əmin Rəsulzadənin yazdıqlarını təqdim etmək, əlbəttə, çox faydalı işdir və bu işin təşəbbüskarlarına yalnız təşəkkürlər düşür.

Salavat İsxakov önsözdə Məmməd Əmin Rəsulzadənin siyasi savaşlarda keçən ömür yoluna tükamül rakursunda işıq salır. Xatırladır ki, onun "Azərbaycan Cümhuriyyəti" kitabı 1923-cü ildə İstanbulda nəşr olunanda bu kitab sovet lideri İ.Stalinə elə güclü təsir edib ki, təcili olaraq Bakıya - rəhbər işçilər Q.Musabəyov, L.Mirzəyan, R.Axundov, S.Kirov və İ.Orexelaşviliyə məktub yazaraq kitabın müddəalarını təkzib etməyə çağıraraq iddia etmişdi ki, müsavatçıların zamanında Azərbaycan müstəqil olmayıb, onun müstöəqilliyi yalnız sovet hakimiyyəti ilə təmin edilmişdir.

S.İsxakov göstərir ki, Rəsulzadə heç də sovet təbliğatının iddia etdiyi kimi, pantürkçü və panislamçı deyil, milli demokratik düşüncəli bir siyasətçi olmuşdur. Müstəqil dövlət olaraq Azərbaycanın statusu problemi Rəsulzadə yaradıcılığında başlıca mövzudur. Rəsulzadə mühacirətdə öz siyasətçi rolunu Azərbaycanın milli dövlətçilik ideyasının təbliğində, onun itirilmiş müstəqilliyinin bərpa olunması uğrunda mücadilədə, "sosial-siyasi ehkam" olaraq bolşevizmin tənqidində, sovetlərin milli siyasətlərinin "müstəmləkə istismarının ən pis forması olaraq" ifşasında, mübarizənin aktual şüarlarının müəyyənləşdirilməsində, sovet mətbuatının tənqidində görürdü. Və qeyd edir ki, Qorbaçov dönəmində Sovetlər Birliyini bürüyən proseslər Rəsulzadənin proqnozlarını təsdiq etdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində
Bakı Şəhər Prokurorluğu jurnalistlə bağlı məlumat yayıb

İKT Parlamentində 2 qətnamə qəbul edilib
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlıdır

Milli Məclis gələn həftə işə başlayır
"Diffamasiya haqqında" qanun baxılacaq qanunlar sırasında yoxdur

Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib

"Naxçıvan: qaranlıq ada"
Norveç Helsinki Komitəsi hesabat hazırlayıb

Şaumyanla Əzizbəyov eyni amala qulluq ediblər
Yaqub Mahmudov: "Əzizbəyov Biləsuvar, Salyan rayonlarında kütləvi qırğınlar həyata keçirib"

Orduda ağır hadisə
Daşkəsəndə hərbi hissədə 6 əsgər öldürüldü, 2 yaralı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər