"Biz artıq evlənmişik..."
 |
Sərtab Ərənər medianı heyrətləndirib
Şənbə, 30.01.2010
|
|
"Eurovision"un qaliblərindən olan türkiyəli sənətçi Sərtab Ərənər şəxsi həyatını həmişə maqazin müxbirlərindən uzaq tutur. Lakin onu bir neçə dəfə sevgilsi ilə yaxalamaq maqazinçilərə müvəffəq olub.
Türk mətbuatının yazdığına görə, bu yaxınlarda ifaçı öz sevgilisi Demir Demirkanla və qardaşı Sərdar Ərənər və onun həyat yoldaşı müğənni Nil ilə Misirdə birlikdə dincəliblər. Xatırladaq ki, onun qardaşı bir neçə gün əvvəl nikaha daxil olub. Səfərdən qayıdan Sərtab Ərənər və sevgilisi Demir Demirkan mətbuata maraqlı bir açıqlama verib. 11 ildir birlikdə olan cütlüyə jurnalist "siz nə zaman ailə quracaqsınız?" sualını verdikdə, cavab hamını təəccübləndirib. "Biz artıq evlənmişik. Lakin sizin bundan xəbəriniz yoxdur",- deyə müğənni açıqlama verib.
|
|
|
Oxşar xəbərlər:
"Azəriqaz" 24 obonenti məhkəməyə verib
|
|
|