çap et  
"Yaprak dökümü"nün qəhrəmanları Bakıya gəlir
"Yaprak dökümü"nün qəhrəmanları Bakıya gəlir
Onlarla görüş Heydər Əliyev Sarayında olacaq
Şənbə, 30.01.2010

Zəminə

Türkiyənin baxılan seriallarından olan "Yaprak dökümü"nün iki qəhrəmanı - Fərhundə rolunun ifaçısı Dəniz Çakır və Necla rolunun ifaçısı Fahriye Evcen Bakıya gələcəklər. Bu barədə təşkilatçı Nahid Emiloğlu xəbər verib. Bildirildiyinə görə, onlar Bakıda təşkil edilən "Bəyaz Şhov Bakıda" şousunda iştirak edəcəklər. Adından göründüyü kimi, şounun əsas aparıcısı Bəyaz özü də səfərə çıxanlar sırasında olacaq. Yuxarıda adı çəkilən aktrisalarla yanaşı, müğənni Rafet El Roman, onun tələbəsi Yusif Güney bu proqramda çıxış edəcəklər.

Təqdimatı Heydər Əliyev Sarayında nəzərdə tutulan şouda yerli sənətçilərin çıxışı da istisna deyil. Təşkilatçının dediyinə görə, siyahıda xalq artisti Alim Qasımov və eyni zamanda Türkiyədə yaşayan və fəaliyyət göstərən Yeganənin də iştirakı nəzərdə tutulub.

Nahid Emiloğlu bildirib ki, hazırda layihə ilə bağlı danışıqlar davam edir. Yaxın günlərdə proqramın tarixi və biletlərin qiyməti müəyyən ediləcək.