Aleksandr Rıbak və Ruslananın Azərbaycana gəlməyəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil. Bunu "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirib. Onun sözlərinə görə, adları çəkilən hər iki şəxs "Eurovision-2010" mahnı müsabiqəsi üçün Azərbaycanda keçirilən milli yarımfinalda iştirak edəcəklər. Qeyd edək ki, Zəhra Bədəlbə yli hazırda builki "Eurovision" namizədinin ifa edəcəyi mahnı üzərində işləyir. Xatırladaq ki, "Eurovision-2008" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi "Day after day" mahnısının sözlərini Zəhra Bədəlbəyli yazmışdı. Öyrəndik ki, milli yarımfinalda Azad Şabanovun ifa edəcəyi mahnının musiqisini Vüsal Qarayev, Ellinin oxuyacağı mahnının musiqisini İsa Məlikov yazıb. Bundan başqa, Ülviyyə Rəhimova musiqisini Londonda yazdırdığı mahnını, Səfurə isə Elvin adlı gənc bəstəkarın bəstələdiyi mahnını ifa edəcəklər. Qrup şəklində iştirak edəcək "Miss&Kiss" və Məryəm Şabanova isə öz bəstələrini səsləndirəcəklər. Müsabiqənin şərtlərinə uyğun olaraq, namizədlər mahnını canlı olaraq ifa edəcəklər. Zəhra Bədəlbəyli münsiflər heyətindəki şəxslərin kimliyini açıqlamadı.
|