Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Turkiye Fashion Show"a yarım milyon dollar xərclənib
"Turkiye Fashion Show"a yarım milyon dollar xərclənib
6 ay hazırlığı gedən layihəyə bu gün yekun vurulur
Şənbə, 30.01.2010

Z.Rüstəm mətn ölçüsü  

Bu həftədən başlayaraq yanvarın 30-na qədər Heydər Əliyev İdman və Konsert Kompleksində "Turkiye Fashion Show" adlı moda layihəsinə start verilib. Layihənin geyim sərgisinin təşkilatçısı olan "Meridyen" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlunun məlumatına görə, tədbir öz axarı ilə davam edir:

"Planlaşdırdığımız layihə çərçivəsində Türkiyədə Azərbaycan moda şirkətlərinin istehsal etdiyi geyimlərdən ibarət, Azərbaycanda isə Türkiyə markalarından ibarət dəfilə təşkil olunub. Azərbaycanda çox keyfiyyətli geyim şirkətləri var ki, onların Avropaya çıxışı təmin edilməlidir. Bizim keçirdiyimiz dəfilə də buna xidmət edir".

Layihənin baş müdiri Alpər Çəkic isə bildirib ki, sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir: "Gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və Şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, azərbaycanlı xanımlar və bəylər qədər çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Bunları nəzərə alan "Meridyen" beynəlxalq sərgi şirkəti və "Osmanbey" Türk İş Adamları Dərnəyi dünya şöhrətli brendləri və dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim firmasının məhsullarından ibarət sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir".

Sözünə davam edən Anar Əlyaroğlu isə sərginin keçirilməsini azərbaycanlı iş adamları ilə əməkdaşlıq qurulması və qarşılıqlı işbirliklərinin həyata keçirilməsi istiqamətində önəmli addım kimi qiymətləndirdi:

"Bu sərgiyə hazırlıq təxminən 6 ay davam edib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etmişik".

Sərginin təşkilinə 500 min dollar vəsait xərcləndiyi bildirilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Qudası Almaz Ələsgərlini yenə yalançı adlandırdı
O, müğənninin qızı ilə barışmadıqlarını, oğlunun başqası ilə nişanlandığını bildirib

Antonio Banderas xarici agent olacaq
Onun çəkiləcəyi film "Nokaut" adlanır

"Titanik"in rekordu üstələnib
"Avatar" dünya prokatında 1,292 milyard dollar yığıb

Əzizə Mustafazadə haqqında film çəkilir
Almaniyadan Bakıya çəkiliş qrupu gəlib

Ebru Gündeş Azəri qızı Güneli məhkəməyə verib
Rza Zərrabı isə evdən qovub

Röya ilə Rəhim Rəhimli yenidən bir səhnədə
Onlar birgə addımlayır

Rıbak və Ruslana Bakıya mütləq gələcəklər
Bu barədə dəqiq açıqlama verildi

Müğənnilər həmrəy olacaqlar
Onlar Sarayda bir axşamda və fərqli imicdə çıxış edəcəklər

"Yaprak dökümü"nün qəhrəmanları Bakıya gəlir
Onlarla görüş Heydər Əliyev Sarayında olacaq

"Biz artıq evlənmişik..."
Sərtab Ərənər medianı heyrətləndirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər