Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Ebru Gündeş Azəri qızı Güneli məhkəməyə verib
Ebru Gündeş Azəri qızı Güneli məhkəməyə verib
Rza Zərrabı isə evdən qovub
Şənbə, 30.01.2010

mətn ölçüsü  

Azəri qızı Günellə azərbaycanlı iş adamı Rza Zərrab arasında insident davam edir. Rza Zərrabın Günel haqqında türk mətbuatına verdiyi geniş müsahibə sənətçinin imicini alt-üst edib. Xatırladaq ki, 8 il sevgili kimi yaşayan cütlük ayrılandan sonra Rza Zərrabın türkiyəli sənətçi Ebru Gündeşlə ailə həyatı qurduğu və bu kimi xəbərlər dəfələrlə mətbuatda işıqlandırılıb. Lakin Rza ilə Günelin çılpaq açıqlamaları işə Ebrunu da qarışdırıb. Daha doğrusu, o, Rza Zərrabı birlikdə yaşadığı evdən qovub.

Məlumat üçün bildirək ki, Rza Zərrab müsahibəsində Günelin onu şərlədiyini, ona xəyanət etdiyini bildirib. Ebrunu isə ideal qadın obrazında göstərməklə, onun gələcək övladının anası olmasını arzulayıb. Təhqirlərə göz yummayan Günel isə açıqlamaları ilə Rzanın iddialarını rədd edib və bunun davamı olaraq ortaya başqa çılpaq faktlar qoyub.

Türk mətbuatının ötən gün yaydığı xəbərinə görə, tanınmış müğənni Ebru Gündeş sevgilisi, Azərbaycan əsilli iş adamı Rza Zərrabı evindən qovub. Buna səbəb Azərbaycan əsilli müğənni, Rza Zərrabın 8 illik sabiq sevgilisi Günelin Ebru Gündeşə göndərdiyi kaset olub. Qeyd edək ki, Günel bir həftə əvvəl Rza Zərrabın evinə gəldiyini, onu hələ də sevdiyini söylədiyini, bununla bağlı əlində səs yazılmış audio yazı olduğunu söyləyib. Rza Zərrab isə Güneli yalançı adlandırıb və Ebru Gündeşin onun namusu olduğunu, uşaqlarının anası olacağını dilə gətirib.

Günel keçmiş sevgilisinin bu açıqlamasından sonra əlindəki səs yazılarını həm internet saytlarına, həm də Ebru Gündeşə göndərib. Ebru Gündeş sevgilisinin sözlərini dinləyəndən sonra qiyamət qoparıb və Rza Zərrabı birlikdə yaşadıqları evdən qovub... Qeyd edək ki, Rza Zərrab həmin səs yazısında deyir ki, Ebru Gündeşlə yaşadığı həyat deyil: "35 yaşlı bir arvadla həyatmı olur? Sən mənə dönsən, mən Ebru Gündeşdən dərhal ayrılaram".

Xəbərin davamında yazılır ki, Rza Zərrabı evindən qovan Ebru Gündeş Güneli də məhkəməyə verməyə hazırlaşır. Çünki Günel Rza Zərrabla söhbətində Ebru Gündeşin 2 milyon kişi ilə münasibəti olduğunu, onu da pulunu xərcləyəndən sonra buraxacağını söyləyib. Günel Ebru Gündeşi şərəfsizlikdə də suçlayıb: "Ebru Gündeş və meneceri mənimlə yazışdığını bilə-bilə səni qəbul edəcək qədər şərəfsizdirlərmi? Ebrunu Osmantan Erkırdan da sən ayırdın".

Bu hadisədən sonra Rza Zərrab da boş oturmayıb. O, keçmiş sevgilisi Günel tərəfindən ölümlə təhdid edildiyindən prokurorluğa üz tutduğunu açıqlayıb. Türk mətbuatının yaydığı xəbərlərə görə, Rza Zərrabın iddiasına görə, Günel və ailəsi ona zərər vermək üçün hər yola əl atır. Rza bu təhdidlərin həyatı üçün təhlükə olduğunu bildirib. Xəbərdə bildirilir ki, Günelin atası Rəhman Zeynalov "Turuncu" saytının sahibi Tunc Erden Yakar və onun ofisində çalışan Turqut Happaniyə zəng vuraraq, onları öldürəcəyini, başına güllə sıxacağını söyləyib. Günelin anası Zöhrə Zeynalova da onun vəkilinə zəng edərək, eyni hədə-qorxunu təkrarlayıb. İddia ərizəsində yazılır ki, Günel və ailəsi iş adamına aid olan mənzildə qalır və müraciətlərə baxmayaraq, həmin mənzili tərk etmirlər: "Bu insanların itirəcəkləri bir şey qalmayıb və Türkiyəni tərk etmək məcburiyyətində qalacaqları üçün mənim həyatım ciddi təhlükədədir", - deyə Rza iddia edir. Rza Zərrabın vəkili vurğulayıb ki, Günel Türkiyə vətəndaşı deyil və burada icazəsiz işləyir, musiqi albomu çıxarıb, verilişlərdə çıxış edərək, qanunsuz qazanc əldə edir. İddia ərizəsində daha sonra Günelin psixi pozğunluğu var, cinayət etməyə hər an hazır olduğu yazılıb. Rza Zərrab Günel barədə cinayət işinin qaldırılması üçün cəzalandırılmasını istəyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var


Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir

Azəri qızı Günel teleaparıcı oldu

Bölmənin digər xəbərləri
 
Qudası Almaz Ələsgərlini yenə yalançı adlandırdı
O, müğənninin qızı ilə barışmadıqlarını, oğlunun başqası ilə nişanlandığını bildirib

Antonio Banderas xarici agent olacaq
Onun çəkiləcəyi film "Nokaut" adlanır

"Titanik"in rekordu üstələnib
"Avatar" dünya prokatında 1,292 milyard dollar yığıb

Əzizə Mustafazadə haqqında film çəkilir
Almaniyadan Bakıya çəkiliş qrupu gəlib

"Turkiye Fashion Show"a yarım milyon dollar xərclənib
6 ay hazırlığı gedən layihəyə bu gün yekun vurulur

Röya ilə Rəhim Rəhimli yenidən bir səhnədə
Onlar birgə addımlayır

Rıbak və Ruslana Bakıya mütləq gələcəklər
Bu barədə dəqiq açıqlama verildi

Müğənnilər həmrəy olacaqlar
Onlar Sarayda bir axşamda və fərqli imicdə çıxış edəcəklər

"Yaprak dökümü"nün qəhrəmanları Bakıya gəlir
Onlarla görüş Heydər Əliyev Sarayında olacaq

"Biz artıq evlənmişik..."
Sərtab Ərənər medianı heyrətləndirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər