Hazırda Almaniyada yaşayan məşhur pianoçu, caz ifaçısı Əzizə Mustafazadə film çəkilişləri üçün Bakıya gəlib. Alman televiziya kanalı olan "ARD" görkəmli cazmen Vaqif Mustafazadənin qızı Əzizənin həyat və yaradıcılığı haqqında film hazırlayır. Çəkiliş qrupunun rəhbəri Aleksandr Stenzelin verdiyi bilgiyə görə, onlar Əzizə Mustafazadənin dəvəti ilə yanvarın 25-də Bakıya səfər ediblər. Stenzel bildirib ki, filmin çəkilişlərinin Bakının bir çox musiqi ocaqlarında, Vaqif Mustafazadənin ev-muzeyində aparılması nəzərdə tutulub. Əzizə Mustafazadə haqqında film "ARD" televiziya kanalında nümayiş olunacaq.
|