çap et  
"Titanik"in rekordu üstələnib
"Titanik"in rekordu üstələnib
"Avatar" dünya prokatında 1,292 milyard dollar yığıb
Şənbə, 30.01.2010

Şəms

"Avatar" filmi "Titanik"i ötərək kassa yığımı üzrə dünya rekordu qırıb. Xarici mətbuatın yazdığına görə, Ceyms Kemeronun "Avatar" filmi satış yığımı üzrə birinci yerə çıxıb. "XX əsr Foks" prokat-şirkətinin bu günlərdə elan etdiyi nəticəyə görə, Ceyms Kemeronun "Avatar" filmi elə həmin rejissorun çəkdiyi "Titanik"i ötərək kassa satışı üzrə dünya rekordçusu olub. Şirkətin məlumatında bildirilir ki, son istirahət günlərində "Avatar"ın dünya üzrə yığımı 1,292 milyard dolları ötüb. Bu isə 13 il ərzində 1,242 milyard dollar rekordunu qoruyan "Titanik"dən 50 milyon artıqdır.