Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Azyaşlını zorlayan "müəllim"in əhvalatı
Azyaşlını zorlayan "müəllim"in əhvalatı
"9 il iş təcrübəsi olan pedaqoq" özünü deyil, qızı təqsirkar bilir
Şənbə, 30.01.2010

H.Zirəddinoğlu mətn ölçüsü  

Azyaşlı qızı zorlamaqda təqsirləndirilən Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi, 50 yaşlı Şahin Yusifovun cinayət işi üzrə qapalı məhkəmə prosesi başlayıb.

Yusifov yaşadığı Qaradağ rayonunun Ümid qəsəbəsində qonşusu, 14 yaşlı Sevincə (ad şərti verilib) qarşı seksual xarakterli hərəkətlər edib.

Müəyyən edilib ki, Yusifov hələ üç il əvvəldən azyaşlı qızla cinsi əlaqədə olub. Yusifov qapıbir qonşusu olan qızın anasının evdə olmamasından istifadə edərək, bu çirkin niyyətini həyata keçirib. Eyni zamanda, Yusifovun azyaşlı qızın anası ilə də cinsi əlaqədə olması, qardaşına qarşı da əxlaqsız hərəkətlər etməsi ittihamda yer alıb. O, qızı evdə qardaşının gözü qarşısında zorlayıb və həmin mənzərəni isə mobil telefonuna çəkib.

Üç il davamlı şəkildə bu evə gəlib-gedən Şahin Yusifov bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan "müəllim" vaxtaşırı bu evdə dava salıb, qızı və anasını amansızcasına döyüb. Elə ötən il avqustun 24-də də belə olub. Gecə şagirdigilə gələn "müəllim" burada səs-küy salıb və azyaşlı qızla cinsi əlaqədə olacağını deyib. Şahin Yusifovun hərəkətlərindən əsəbiləşərək, qızın xalası Qaradağ rayon Polis Şöbəsinə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları Şahin Yusifovu həbs ediblər.

Qapalı keçirilən prosesdə təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, hadisənin baş verməsində qızın da günahı var: "Qız özü "vızıv" verirdi. Mən də onun zənglərinə cavab verirdim və onunla görüşürdüm".

...Şahin Yusifovun "9 illik müəllimlik fəaliyyətinə" 2009-cu il avqustun 24-də xitam verilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Polis zabitlərini qətlə yetirən məhkəmə qarşısında
Cinayət sübuta yetsə, Sahib Həsənovu ömürlük cəza gözləyir

Bələdiyyələr - korrupsiya və maxinasiya yuvası
Ölkədə 15 bələdiyyə ilə bağlı cinayət işi başlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər