Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Nabucco"nun ləğvi mümkündür?
Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"
Şənbə, 30.01.2010

Eldəniz mətn ölçüsü  

"Nabucco" layihəsinin qarşısında çoxsaylı çətinliklər var. Avropanın vahid qaz bazarı, enerji nəqlinin diversifikasiyası üzrə vahid mövqeyi yoxdur. Qərbi Avropanın qaz nəqlində mövqeyi Mərkəzi və Şərqi Avropadan əsaslı şəkildə fərqlənir". Bu açıqlamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Edvard Çou verib. Ekspert Türkiyə və Azərbaycan mətbuatının "Nabucco" layihəsinin rəhbərinə istinadən verdiyi "Nabucco"nun ləğvi mümkündür" xəbərini belə şərh edib:

"Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var. "Nabucco"nun tərəfdaşları layihənin həlledici mərhələlərini yerinə yetirə bilmədikdə nə edəcəklər? Belə böyük miqyaslı layihələrin püxtələşməsi üçün uzun zaman tələb olunur və bu heç kimi təəccübləndirməməlidir".

Onun fikrincə, hazırda yeganə yeni qaz mənbəyi "Şahdəniz" yatağındakı ikinci fazadır, digər mənbələr isə gələcəkdə istifadə oluna bilinəcək potensial mənbələrdir.

Analitik həm də bildirib ki, ilk növbədə həll olunacaq məsələ a) qaz ehtiyatlarının, xüsusilə Azərbaycanda bu ehtiyatların sonrakı inkişafı; b) Türkiyə ilə tranzit qaz nəqli üzrə razılığın əldə olunması; c) İstanbulun qərbinə, ilk növbədə nəqlin diversifikasiyasına daha çox ehtiyacı olan Cənub-Şərqi Avropaya daha çox qaz ötürülməsidir. "Planlar nə qədər ambisiyalıdırsa, onların yerinə yetirilməsi bir o qədər çox vaxt tələb edir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

"Azəriqaz"da dəyişikliklər aparılacaq

Azərbaycanla Türkiyə razılaşa bilmədi

Bazar ertəsi "Nabucco" imzalanır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Bölmənin digər xəbərləri
 
Yoxsulluğun səviyyəsi düzgün ölçülmür
Səhiyyə və təhsildə qeyri-rəsmi ödənişlər əhalini çətinə salır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər