Vaqif Cavadov "Tvente"də məşqə çıxdı
|
Şənbə, 30.01.2010
|
|
mətn ölçüsü |
|
|
|
Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov dünən Hollandiyanın "Tvente" klubunda ilk məşqinə çıxıb.
Futbolçumuzu Hollandiyada yaxşı qarşılayıblar. Futbolçumuz baş məşqçi Stiv Maklarenin etimadını tezliklə qazanmaq üçün çalışır. "Tvente"nin bazar günü çempionat çərçivəsində oyunu var. Həmin görüşə hazırlaşan Vaqif heyətdə yer alıb. 21 yaşlı hücumçu klub tərəfindən verilən geyim dəstinə sahib çıxıb. Ancaq Vaqifin "Tvente"də geyəcəyi 7 nömrəli forma ona rəsmən təqdim edilməlidir. Mərasim bu günlərdə baş tutacaq.
Qeyd edək ki, turnir cədvəlində 2-ci yerdə gedən, lider PSV-dən 2 xal geri qalan "Tvente" növbəti turda "Roda"nı qəbul edəcək.
|
|
|
|
|
|
|