Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Brilyant top"a namizəd Bakıya gəlir
Şənbə, 30.01.2010

mətn ölçüsü  

AFFA-nın internet saytının məlumatına görə, Almaniya Futbol İttifaqı ilə AFFA arasında mövcud olan əməkdaşlıq çərçivəsində məşhur Renate Linqor Bakıya gələcək. Dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı olan Linqorun səfəri ölkəmizdə qadın futbolunun təbliğinə xidmət edir. Futbol veteranı səfər çərçivəsində qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək. Linqor fevralın 1-dən 5-dək Bakıda keçiriləcək hazırlıqlar zamanı öz tövsiyələrini verəcək, həmçinin məktəblərdə futbol dərsi layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olacaq.

Qeyd edək ki, 36 yaşlı xanım "Frankfurt" klubunun heyətində 2 dəfə UEFA kubokunun qalibi, 5 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun qalibi olub. O, milli komandanın heyətində 2 dəfə dünya və 2 dəfə Avropa çempionu adını qazanıb, 2000 və 2004-cü illərdə Olimpiya Oyunlarının bürünc mükafatlarını qazanıb. Renate 2006-cı ildə "Brilyant top"a namizədlərdən biri olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Bakıya medalla qayıdacağıq"
- deyən futzal yığmamızın baş məşqçisi bu gün komandasını ən vacib matçına çıxaracaq

Vaqif Sadıqov: "Bambaşqa bir "Neftçi" görəcəksiz"
Azərbaycanın ən qocaman və adlı-sanlı klubu "Neftçi" hazırda özünün o qədər də yaxşı olmayan günlərini yaşayır.

Afrika Millətlər Kubokunun finalçıları bəlli oldu
Anqolada keçirilən Afrika Millətlər Kubokunun finalında Qana və Misir yığmaları üz-üzə gələcəklər.

Elnur Məmmədli Parisə gedir
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli yaxın günlərdə Parisə yollanacaq.

Vaqif Cavadov "Tvente"də məşqə çıxdı
Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov dünən Hollandiyanın "Tvente" klubunda ilk məşqinə çıxıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər