Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Vaqif Sadıqov: "Bambaşqa bir "Neftçi" görəcəksiz"
Vaqif Sadıqov: "Bambaşqa bir "Neftçi" görəcəksiz"
Şənbə, 30.01.2010

mətn ölçüsü  

Azərbaycanın ən qocaman və adlı-sanlı klubu "Neftçi" hazırda özünün o qədər də yaxşı olmayan günlərini yaşayır. Azərbaycan çempionatında bir qayda olaraq qızıl medallara iddia edən "flaqman" son vaxtlar istədiyi nəticəni qazana bilmir. Komandada baş verən baş məşqçi dəyişiklikləri və aparılan islahatlar hələ ki ciddi nəticə vermir. Paytaxt klubu bu günlərdə Türkiyədə təlim-məşq toplanışını başa vurub. Klubun baş məşqçisi Vaqif Sadıqov "azerisrort.com" saytına müsahibəsində komandanın hazırlığı, yeni futbolçular və qarşıdakı planlarla bağlı açıqlama verib.

- Komandanın hazırlığından razı qaldınızmı?

- Bu təlim-məşq toplanışı "Neftçi" üçün çox dəyərli oldu. Ümumi hazırlıq keçdik və heyətə bir neçə futbolçu cəlb etdik. Yoxlama görüşlərindən də razı qaldım. Əlbəttə, səhvlərimiz də oldu, onların üzərində işlədik. Beş yoxlama matçında qüvvəmizi sınadıq. Hər matçda meydançaya fərqli heyətlər buraxdım. Bu oyunlarda qapımızdan qol buraxmadıq.

- Qış fasiləsində "Neftçi" transfer sahəsində nə kimi yeniliklər etdi?

- Komandanın hücum xəttində prolemlər vardı. Ona görə də iki hucumçunun transferini gerçəkləşdirdik. Moldovalı Sergey Alekseyev və eston Vladimir Voskoboynikovu komandaya cəlb etdik. Ruslan Abuşov və Tural Nərimanov zədəli olduqlarına görə müdafiə xəttində də çatışmazlıq var. Bu futbolçuların sıralarımıza nə vaxt qayıdacağı məlum deyil. Buna görə də Valeri Abramidzeni komandaya götürdük.

- "Neftçi" transfer fəaliyyətini bununla da başa çatdırıb?

- Ola bilsin, bir futbolçu aldıq. Yaxın günlərdə ikitərəfli oyun keçirəcəyik. Daha bir yarımmüdafiəçi almaq istərdik.

- Vaxtilə "Neftçi"də çıxış etmiş və hazırda klubsuz olan Branimir Subaşiç maraq dairənizdə deyil ki?

- Eşitdiyimə görə, Türkiyə klublarından birində oynamağa hazırlaşır. Branimir Subaşiç bizə yad adam deyil. Ona uğurlar arzulayırıq.

- Görmək istədiyiniz heyəti formalaşdıra bilmisinizmi?

- Heyəti istədiyim kimi formalaşdırmışam. Qısa müddət ərzində komandanın bütün problemlərini yoluna qoymaq mümkün deyil. Biz bilirik ki, geriyə yol yoxdur. Komandaya inam olmalıdır. Biz çempionatın birinci dövrəsində qalan oyunların hamısını yüksək səviyyədə keçirməyə borcluyuq. Hər oyuna son matç kimi çıxacağıq. Başqa yolumuz yoxdur. Hər oyunda qazanacağımız xallar bizim üçün qızıla bərabər tutulacaq. Fevralda bambaşqa "Neftçi" görəcəksiz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

Çempionatın adı təzələndi

Çempionatda fasilədir

Bölmənin digər xəbərləri
 
"Bakıya medalla qayıdacağıq"
- deyən futzal yığmamızın baş məşqçisi bu gün komandasını ən vacib matçına çıxaracaq

"Brilyant top"a namizəd Bakıya gəlir
AFFA-nın internet saytının məlumatına görə, Almaniya Futbol İttifaqı ilə AFFA arasında mövcud olan əməkdaşlıq çərçivəsində məşhur Renate Linqor Bakıya gələcək.

Afrika Millətlər Kubokunun finalçıları bəlli oldu
Anqolada keçirilən Afrika Millətlər Kubokunun finalında Qana və Misir yığmaları üz-üzə gələcəklər.

Elnur Məmmədli Parisə gedir
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli yaxın günlərdə Parisə yollanacaq.

Vaqif Cavadov "Tvente"də məşqə çıxdı
Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov dünən Hollandiyanın "Tvente" klubunda ilk məşqinə çıxıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər