Təxminən iki il öncə Tehran hakimiyyəti bir neçə dildə yayımlanan "PressTV"ni təsis edəndə bildirdi ki, bu yolla bölgə və dünya gerçəkliklərini beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindədir. Bu günlərdə isə İranın mətbuat məsələləri üzrə məsulu Məhəmmədəli Ramin deyib ki, dövlətlərarası qəzet buraxmaq üçün Qum əyalətində yetərincə potensial var. Onun sözlərinə görə, həmin mətbu orqan dünyanın bir neçə dilində yayılacaq: "İslam Respublikası hesab edir ki, müsəlmanlar üçün belə bir çoxmilyonlu tiraja malik qəzetin buraxılmasına ehtiyac var".
Qeyd edək ki, Qum şəhəri İranda dini-ideoloji mərkəzdir. Orada dünyanın çeşidli ölkələrindən gəlmiş gənclər İranın siyasiləşdirilmiş islam ideologiyasının təsiri altında təhsil alırlar.
|