Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək
Şənbə, 30.01.2010

mətn ölçüsü  

Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimov yeni alət bərpa edib. Bu, XIII əsrdə Səfiəddin Urməvinin ixtira etdiyi nusə musiqi alətidir. Məcnun Kərimovun məlumatına görə, möcüzəli quruluşa və gözəl səs tembrinə malik olan bu qədim musiqi aləti 81 simdən ibarətdir. Ansamblın rəhbəri vaxtilə Səfiəddin Urməvi tərəfindən ixtira olunan daha bir musiqi alətini də bərpa etmək fikrindədir: "Müğni adlanan bu alətə bəzən müğənni də deyiblər. Çoxsimlidir, 37 simi var, uda bənzəyir. Bərpa işi ilə əlaqədar olaraq arxiv materiallarını toplayırıq. Bu ilin sonuna kimi müğni alətinin də bərpası başa çatacaq. Bu alətlər bərpa olunandan sonra ansambla daxil edilir. Onlarda ifa etmək o qədər də çətin deyil. Çətin olan bu qədim alətləri bərpa etməkdir. Ümumiyyətlə, orta əsrlərdə 60-dan artıq musiqi aləti ifa olunub ki, onlardan cəmi 18-i dövrümüzə qədər gəlib çatıb, qalanları isə unudulub. Buna görə də bizim hələ görməli işimiz çoxdur".

Məcnun Kərimov bildirdi ki, digər ölkələrin qədim musiqi alətlərini öz ansamblına daxil etmək niyyəti yoxdur. Çünki Azərbaycanın qədim musiqi alətləri yetərincədir: "Bizim belə bir musiqi alətinə ehtiyacımız yoxdur. Həm də yad alətləri öz mədəniyyətimizə daxil edəndə bu mütləq özünü göstərir. Məsələn, bizim orkestrimizə kontrabas qoşublar. Bunu düzgün hesab etmirəm. Bu həm də səslənmədə özünü göstərir. Bir çox beynəlxalq konfransda, tədbirdə iştirakımız zamanı dünya alimləri özləri etiraf ediblər ki, Azərbaycan xalqı bu qədər zəngin musiqi mədəniyyətinə malik yeganə xalqdır".

Məcnun Kərimov Qədim Musiqi Alətləri Ansamblının yaxın vaxtlarda Qətərə səfəri olduğunu da vurğuladı. Lakin hələ bəzi dəqiqləşmələr aparıldığından ətraflı açıqlama vermədi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qəbələdə musiqi festivalı keçiriləcək

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək

Mənim şeirlərimin ana xətti ümiddir

Yeganə Avropaya səs salacaq

Sumqayıt Musiqili Dram Teatrı mövsümünü açıb

Bölmənin digər xəbərləri
 
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir

Təzədən doğulur şair ölən gün
Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı.

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur

"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər