Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Seminar "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət forumunun təşkilatçılığı ilə baş tutacaq.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Fuad Məmmədovun verdiyi xəbərə görə, seminar yanvarın 30-da keçiriləcək. Seminarın proqramında "İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində", "İtaliya mədəniyyəti italyanların gözü ilə", "İtaliya mədəniyyəti: tarix və müasirlir", "İtaliya mədəniyyətinin etrusk komponenti", "İtaliya ədəbiyyatı", "İtalyan dilinin xüsusiyyətləri" mövzularında məruzələr dinlənəcək. Məruzələrdən sonra "İtaliya mədəniyyəti: dünən, bu gün və sabah" mövzusunda dəyirmi masa da nəzərdə tutulur.
|