2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq. Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Qeyd edək ki, Vaqif Mustafazadə yaradıcılıqı XX əsr milli musiqi mədəniyyəti tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisinin uğurlu sintezində dəyərli əsərlər yaradıb. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.
|