çap et  
Gidon Kremer filarmoniyada çıxış edəcək
Gidon Kremer filarmoniyada çıxış edəcək
Şənbə, 30.01.2010


Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək. Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertdə skripkaçı özünün "Kremerata Baltika" kamera orkestri ilə birgə çıxış edəcək. Filarmoniyadan verilən xəbərə görə, konsertdə solist qismində Gidon Kremerdən başqa Azərbaycanın əməkdar artisti Murad Adıgözəlzadə də çıxış edəcək. Konsertin proqramında Motsart və Haydnın əsərləri ifa olunacaq.

Qeyd edək ki, Gidon Kremer çoxsaylı mükafatlar qazanıb. Eyni zamanda, musiqiçi Çaykovski adına beynəlxalq musiqi müsabiqəsinin qalibi, "Grammy" mükafatı və Liberti və Rolf Sok kimi mükafatların sahibidir.