Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək. Ümumrusiya Azərbaycanlılar Konqresi Murmansk vilayət bölməsinin sədri, Murmansk Vilayəti İctimai Palatasının üzvü Afil Hüseynovun sözlərinə görə, festival son onilliyin ən maraqlı mədəniyyət hadisəsi olacaq. Xəbərdə qeyd olunur ki, festival Kola yarımadasında yaşayan xalqlar arasında dostluğu möhkəmləndirmək, tolerantlığı və qarşılıqlı münasibətləri genişləndirmək məqsədi ilə keçirilir.
Qeyd edək ki, festival çərçivəsində "Xalq mədəniyyəti dünyası" mövzusunda sərgi təşkil ediləcək. Festivalın sonunda "Zarolyarye Avroviziyasi-2010" adlı konsert keçiriləcək. Bundan əlavə, hər kollektiv öz milli mətbəxini təqdim edəcək.
|