Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb. Qeyd edək ki, fevralın 26-da Kaliforniyanın Mamont Leyks şəhərciyinin "Westin Monache Resort" otelində filmin yaradıcılarının iştirakı ilə keçiriləcək tədbirdə onlara 2010-cu ilin mükafatı təqdim ediləcək. Tomas Qolts xarici mətbuata bildirib ki, onun filmi bundan öncə hər il keçirilən Beynəlxalq "Yosemite" kinofestivalında qısametrajlı filmlər nominasiyasında "El Caritan" mükafatına layiq görülüb. Xatırladaq ki, 15 dəqiqəlik filmdə "Qədim Şərq" qrupunun 2007-ci ildə Montana ştatına səfərindən bəhs edir.
|