çap et  
Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Şənbə, 30.01.2010


Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib. Onların istehsalına 2011-ci ildə dövlət hesabına başlanacaq. Nazirliyin mətbuat şöbəsindən verilən məlumata görə, müsabiqədə həm ayrı-ayrı müəlliflərin, həm də nazirliyin dövlət studiyalarından olan müəlliflərinin işləri iştirak edə bilər. Müsabiqə iki turdan ibarət olacaq. Üç nüsxədən ibarət ssenarilər fevralın 28-dək Ekspertlər Şurasına təqdim edilməlidir. Qeyd edək ki, qaliblərin adları bu il martın 12-dək elan ediləcək. Ekspert Şurası seçilən qaliblərə bədii ssenarilər üzərində işləməyi təklif edəcəklər.