Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Göygöl"ün 40 yaşı qeyd edilib
"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib
Şənbə, 30.01.2010

Xatun mətn ölçüsü  

Ötən gün Dövlət Muğam Teatrında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətinin 40 illiyi qeyd olunub. Ansamblın rəhbəri Şahnaz Haşımova tədbiri açaraq əvvəlcə kollektiv haqqında danışıb. Ansamblda sadiq insanların çalışdığını deyən xalq artisti onların ilk gündən bir yumruq kimi birləşdiklərini vurğulayıb. Daha sonra xatırladıb ki, "Göygöl" ansamblı 1969-cu ildə bəstəkar fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb: "O vaxtdan etibarlı əllərdə olan kollektiv ənənələri qoruyaraq, öz dəst-xəttini yaşada bilib. 40 il sənətdə qalmaq böyük zəhmət tələb edir".

Daha sonra tədbirin iştirakçılarından olan xalq artisti, tarzən Ramiz Quliyev çıxış edərək bildirib ki, Gəncənin tarixində iki böyük şəxsiyyətin - Nizami Gəncəvi və Cavad xanın adı çəkiləndə, Gəncənin hansı vüqara sahib olduğu məlum olur: "Göygöl" ansamblına gəlincə, deyərdim ki, bu gün Azərbaycanın musiqi sənətinin layiqli simalarından bu ansamblda toplaşanları var. Onlar uzun illər birgə çalışıb və nüfuzlarını qoruya biliblər. Onlar nəinki Gəncənin, bütöv Azərbaycanın fəxridirlər. Bu ansambl Azərbaycanın musiqi mədəniyyətinin təbliğində böyük zəhmət çəkib".

Çıxışlardan sonra yubileyi qeyd edilən ansamblın üzvləri konsert proqramı ilə çıxış ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

YAP yarım milyona çatdı

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?

Sumqayıt şəhərinin yubileyi qeyd olunub

Bakıda dinlərarası dialoq konfransı keçirilir

Bölmənin digər xəbərləri
 
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir

Təzədən doğulur şair ölən gün
Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı.

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər