Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur
Şənbə, 30.01.2010

Zəminə mətn ölçüsü  

Mərkəzləşdirilmiş sənədli televiziya birliyinin yaradılmasına zərurət var. Bu fikri yaxın günlərdə yaradılan təşəbbüs qrupu üzvləri bildiriblər. Qrupun adından çıxış edən jurnalist Vüqar Tapdıqlı qeyd edib ki, dövlətin vəsaiti və sifarişi hesabına hazırlanan sənədli televiziya filmləri əksər halda bir kanalın mülkiyyətinə çevrilir. Bu filmlər hansı kanalda istehsal olunursa, müəlliflik və mülkiyyət hüququ da həmin kanala məxsus olur:

"Ancaq sənədli filmlərin ictimai əhəmiyyəti ondan ibarətdir ki, o həm də tarixdə salnamə funksiyasını yerinə yetirir. Bu səbəbdən təşəbbüs qrupu üzvləri hər bir kanalda sənədli televiziya filminin çəkilməsini vacib hesab edir. Burada söhbət dövlət vəsaiti və dövlət sifarişi ilə çəkilən filmlərdən gedir. Eyni zamanda çəkilən filmlərin tirajlanıb bir yox, bütün kanallarda əvəzsiz nümayiş olunmasına şərait yaradılmalıdır".

Vüqar Tapdıqlı hesab edir ki, dünyanın hər bir yerində sənədli telefiziya filmləri dövlətçiliyə bağlıdır. Bu səbəbdən mərkəzləşdirilmiş dövlət sənədli televiziya filmləri birliyi yaradılarsa, bütün kanalların yaradıcı nümayəndələri də orada təmsil oluna bilərlər. Onun fikrincə, qurum Baş Arxivlər Birliyinin nəzdində, yaxud əsasnaməsinə görə, Milli Teleradio Şurasının nəzdində fəaliyyət göstərə bilər.

Ramiz Mehdiyevin məlum məqaləsini xatırladan V.Tapdıqlı orada iki yerdə sənədli televiziya filmlərinin inkişaf etdirilməsinə toxunulduğunu vurğulayıb:

"Sadəcə, o, fikrini prodakşnlar haqqında bildirib. Sənədli filmlər milli ideologiyanın tərkib hissəsidir. Amma bu sahədə bir boşluq görürəm. Yəni kənd təsərrüftı, hərbi vətənpərvərlik, təhsil və s. sahələrdə sənədli filmlər olduqca az istehsal olunur. Bu sahə Milli Televiziyada redaksiya kimi fəaliyyət göstərir. Təşəbbüs qrupunun mövqeyi belədir ki, filmlər tirajlanmalı və yayılmalıdır. Təbliğatı genişləndirilməlidir. Bu səbəbdən Sənədli Televiziya Birliyinin yaradılmasına zərurət var".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq

"Telekanallarda hərəkət müşahidə edilir"

Bölmənin digər xəbərləri
 
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir

Təzədən doğulur şair ölən gün
Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı.

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər