Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Təzədən doğulur şair ölən gün
Təzədən doğulur şair ölən gün
Şənbə, 30.01.2010


Etibar Babayev
mətn ölçüsü  

Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı. Fəqət cəmi 52 il yaşadı. İlk şeirləri Böyük Vətən müharibəsindən əvvəl Tiflisdə çıxan "Yeni qüvvə" jurnalında, "Sovet Gürcüstanı" qəzetində dərc olunmuşdu. O zaman Adil hələ yetkinlik yaşına çatmamışdı - 14 yaşı vardı. Gənclər arasında keçirilən poeziya müsabiqələrində qalib olardı. Tanrı sevimli bəndələrinə şairlik istedadı verəndə vətəndaşlıq pasportunu tələb etmir.

Adil Babayevin ilk şeiri "Qanadlanmış şahin" adlanırdı. Moskvadan Amerikaya ilk dəfə birbaşa uçuş həyata keçirən qəhrəman təyyarəçiyə həsr olunmuşdu. Bu minvalla yazdıqca, ara-sıra çap olunduqca, təcrübəsi də, özünə inamı da artırdı. Bir gün ürəklənib şeirlərini Bakıya göndərdi. Bax bu məqama xüsusi diqqət yetirmənizi istərdim: Üzünü görmədən, heç bir xahişsiz-minnətsiz, adi poçt məktubu ilə göndərilən şeirləri redaksiyada oxuyub bəyəndilər və çap etdilər. Üstəlik ona cavab da verdilər, təşəkkür də bildirdilər, qonorar da ayırdılar.

Təqvimdə 1945-ci il idi. Müharibənin qələbə sevinci bütün ölkəni bürümüşdü. Hamıda bir ruh yüksəkliyi vardı. Zarafat deyil, Sovet əsgəri alman faşizmi üzərində böyük qurbanlar hesabına böyük qələbə qazanmışdı, dünyanı dəhşətli ölüm, zülm kabusundan qurtarmışdı. Mətbuat səhifələri qəhrəmanlıq, vətənpərvərlik mövzusunda yazılan şeirlərlə dolmuşdu.

REKLAM

Təəssüf ki, onların əksəriyyəti forma və məzmunca bir-birinə bənzəyirdi. Şeiriyyəti, poetik həlli, dil üslubu, orijinallığı ilə diqqəti cəlb etmədiyindən onları yadda saxlamaq da müşkül idi. Belə bir vaxtda Adilin yeni şeirlərindən birini "Kommunist" qəzeti çap etdi. Şeirdə bütün hadisə bir qocanın söhbəti üzərində qurulmuşdu. El-obasından uzaq düşən bu insan illərini qürbətdə keçirməli olur. Ahıl çağında vətənə dönməyə şərait yaranan kimi, ilk fürsətdən istifadə edib qayıdır. Təsadüfən rastlaşdığı gənclərə başına gələnləri danışır və... həsrət dolu illərdən sonra özü üçün çıxardığı nəticəni dilə gətirir. Şairin hədəfini də bu misallar yaxalayır. O bənddə səslənən fikir təkcə qocanın qənaəti deyil, həm də Adil Babayevin həyat fəlsəfəsi, vətəndaş mövqeyi, vətənpərvərlik çağırışıdır. O, bunu elə nəcib, təbii, sadə, səmimi təsvir və elə yüksək məharətlə təqdim etdi ki, Səməd Vurğun kimi qeyri-adi oxucunun, meşələri, dağları, dərələri, düzləri daim yenilik sorağında dolaşan mahir ovçunun ürəyini ovsunladı. Adil Babayevin "Çinar" şeirinin məzmunundan çıxan nəticəyə fikir verin:

Daddımsa aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

Adilin şeiri böyük söz sərrafına elə güclü təsir bağışladı ki, onun müəllifinin kimliyi ilə maraqlanmağa başladı. Redaksiyada ona bildirdilər ki, Adilin üzünü biz də görməmişik. Şeirlərini poçtla göndərmişdi. Oxuyub bəyəndik, Əli müəllimə göstərdik (xalq yazıçısı Əli Vəliyev o zaman "Kommunist" qəzetinin baş redaktoru idi - E.V.). O da baxan kimi dedi ki, şeiri nömrəyə yerləşdirin, əladır.

Ertəsi gün "Kommunist" qəzetində Səməd Vurğunun "Mənim arzum" adlı yeni şeiri dərc olundu. Bu poetik məktub iyirmi yaşlı Adil Babayevə ünvanlanmışdı:

Şair, nə incədir rübabın sənin!

Uçurdu qəlbimi çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz.

Bu misralar "Mənim arzum" şeirinin ilk bəndidir. Səməd Vurğunun Adil Babayevə xeyir-duasının leytmotividir. Gənc şairə poeziya aləmində böyük yola çıxmaq asan başa gəlmədi. "Çinar" şeiri ilə o, bunu bacardı. İlk addımı möhtəşəm alındı. Az müddətdə imzasını tanıdılar, yazılarına diqqət artdı, tay-tuşları arasında sayılıb-seçilən oldu. Amma Adilin irəlilədiyi bu sərfəli yol bir addımlıq deyildi, bir ömürlük məsafə idi. O, bunu bilirdi, amma "Mənim arzum"u oxuyunca, bildiklərini və bilmədiklərini yenidən dəyərləndirirdi. Şeirin digər bəndlərində məsləhət də var, tövsiyə də. Onun 35 illik yaradıcılıq yoluna nəzər salsaq, əminliklə deyə bilərik ki, "Mənim arzum" şeirinin müəllifi Səməd Vurğunun arzularının gerçəkləşməsi üçün B.Adil əlindən gələni əsirgəmədi və nəticədə həm ustadının, həm də özünün arzuları çin oldu. Gözəl şeirlər, poemalar, dram əsərlərinin müəllifi kimi çağdaş ədəbiyyatımızda layiqli yerini tutdu.

Onun sonetləri barədə isə ayrıca danışmağa dəyər. Ömrünün son illərində bu janrda ardıcıl olaraq üç yüzə yaxın gözəl nümunələr bizə miras qoydu. Axırıncı yazdığı sonet "Nağıllar heç zaman kədərli olmur" misrası ilə başlayır. Qəribədir ki, onun ruhu bədənini tərk edən gecə "Ədəbiyyat və incəsənət" qəzetində sonuncu şeir çələngi oxuculara təqdim olunmuşdu. Redaksiyanın əməkdaşı şair İsa İsmayılzadə axşam işdən evə dönəndə qəzetin ilk nömrəsini özəl hörmət bəslədiyi Adil Babayevə gətirdi. Çünki o bilirdi ki, Adil müəllim ədəbiyyat aləmində otuz beş illik yolçuluqdan sonra da hər dərc olunan şeirinə ilk şeiri qədər sevinir. Övladın birincisi, ya beşincisi olmur, hamısı ilkimdir, - deyərdi şair. Hamısına ürəyinin yağını yedirdib, doğmalaşdırardı, əzizlərdi, böyüdüb boya-başa çatdırmasa, oxucuya təqdim etməyə tələsməzdi. Bu səbəbdən onun şəxsi arxivində işıq üzünə çıxmayan xeyli əsəri qaldı. Təkcə şeirləri, poemaları demirəm, "Molla Nəsrəddin" dramı, "Burulğan", "Səhnə işıqları" povestləri də yetim qaldı...

1977-ci ildə onun yazdığı sonuncu sonetin son misraları belə tamamlanır:

Mən ömür istəmirəm riya, xəyanət üçün,

Yurduma gərək olan söz üçün, sənət üçün

Ömürdən doymamışam, həyatdan doymamışam.

Adil Babayevin şeirlərindən biri "Təzədən doğulur şair ölən gün" adlanır. O, buna inanırdı. Bir az dərindən düşünsək, görərik ki, həqiqətən belədir. Vəfatından sonra dövri mətbuat səhifələrində dərc olunan şeirləri, müxtəlif teatrlarda tamaşaya qoyulan pyesləri, çapdan çıxan çoxsaylı kitabları, efirdə daim səslənən unudulmaz mahnıları, onun həyat və yaradıcılığına həsr olunan televiziya və radio verilişləri, dostlarının, məslək və qələmdaşlarının xoş xatirələri bu hikmətə inamı artırır. Belə olan halda bu ayrılığa üzülmək yox, Sizə ünvanınıza 33 yaşın mübarək demək qalır, hörmətli Şair!



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bacı-qardaşın məhkəməsi başa çatdı

Rafiq Babayev haqqında elektron kitab hazırlanıb

Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"

Gənc ifaçı Səbinə Babayeva:"Səhnəyə kiminləsə rəqabət aparmağa gəlməmişəm"

Bölmənin digər xəbərləri
 
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur

"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər