Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir
Şənbə, 30.01.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Ölkə prezidentinin "Fərdi təqaüdçüsü", bu yaxınlarda 70 illiyi ölkənin teatr ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd olunan xalq artisti Tariyel Qasımov bu gün də Gənc Tamaşaçılar Teatrında "Aparıcı səhnə ustası" kimi öz fəaliyyətini davam etdirir. Yenə də mütəmadi olaraq səhnəyə çıxır, kinofilmlərə çəkilir, truppa ilə bir yerdə qastrollara yollanır. Bir sözlə, öz akytor həyatını yaşayır.

Bu özünəməxsus aktyor son əlli ildə zəngin bir səhnə həyatı keçmişdir. Tariyel Qasımov kənddə - Qazağın Köçəsgər kəndində 1939-cu ildə dünyaya göz açıb. Orta məktəbi bitirib Bakıya gəlir və 1956-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Aktyorluğa olan həvəs onu 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə gətirir. 1964-cü ildə institutu müvəffəqiyyətlə bitirərək, təyinatla Akademik Dram Teatrına göndərilir. Lakin o, Gənc Tamaşaçılar Teatrını seçir. İki il işlədikdən sonra 1966-cı ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunur. 1967-ci ildə İrəvanda açılan Azərbaycan Dövlət Dram Teatrının ilk aktyorlarından biri olur.

1968-ci ildə yenidən Bakıya qayıdır və "Azərbaycanfilm", "Mosfilm", "Özbəkfilm", "Tacikfilm", "Türkmənfilm", Almaniyanın "Defa" kinostudiyalarında yaddaqalan obrazlar yaratmışdır. Respublikanın xalq artistidir. 1995-ci ildə hətta parlamentin deputatı olmaq həvəsinə düşmüş, namizədliyini irəli sürmüşdü. Amma bu istəyi alınmadı. Aktyor 1997-ci ildə Qazax Dövlət Teatrına direktor - bədii rəhbər təyin olunur. 1999-cu ilin yanvarında isə Mədəniyyt Nazirliyi tərəfindən Dağıstanda açılacaq Azərbaycan Dövlət Dram Teatrına baş rejissor kimi ezam olunur.

REKLAM

Aprel ayının 1-də onu teatra direktor - bədii rəhbər təyin edirlər.

Dərbənddə Tariyel Qasımovun quruluşçu rejissor olaraq İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasını hazırlayır. Bu tamaşa oktyabrın 29-da göstərilir. Pyes Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşası kimi teatr tarixinə düşür. Çox teatrlar görmüş Tariyel Qasımov bu gün Gənc Tamaşaçılar Teatrındadır. Və buradan deyəsən heç yerə getmək fikrində deyil.

- Xoş gördük, Tariyel müəllim! Gəlin teatrın açılışından sonra qoyulacaq tamaşalardan danışaq. Yeni rollarınız varmı?

- Bildiyiniz kimi, Gənc Tamaşaçılar Teatrının açılışından əvvəl bu teatr Azərbaycan Dövlət Gənclər Teatrı və Azərbaycan Dövlət Kamera Teatrı ilə birləşdi. Və bizim baş rejissor vəzifəsinə Azərbaycan Dövlət Kamera Teatrnın bədii rəhbəri Cənnət Səlimova təyin olundu. Və teatr 5 rus tamaşasından başqa, keçmiş repertuarımızda olan bütün tamaşaları ləğv elədi. Sonuncu ifa etdiyim rol İlyas Əfəndiyevin motivləri əsasında olan "Sən həmişə mənimləsən" tamaşasında idi. Bu tamaşanın quruluşçu rejissoru olmaqla yanaşı, həm də baş rolu ifa edirdim. Hələlik yeni tamaşalar gözləyirik.

- Bəs sizin fikrinizcə, bu üç teatrın birləşməsi teatr tarixində müsbət bir hadisəydi, yoxsa mənfi?

- Gəlin mənfi tərəfdən danışaq. Hər teatrın öz xarakteri, aktyor məktəbi var. Kamera Teatrının 15 yaşı var idi. Gənclər Teatrının da 15 - 20 yaşı olardı və bu teatrın təməlini Hüseynağa Atakişiyev qoymuşdu. Sözsüz ki, hər iki teatrın gözəl aktyorları və aktrisaları var. Bizim teatrın isə 80 illik yubileyi olacaq. Və aydın məsələdir ki, 80 yaşlı teatrın öz estetikası və böyük sənətkarlar məktəbi var. Birləşəndən sonra bizim teatrın repertuarı ləğv olundu və Kamera Teatrının repertuarı qaldı. Təəssüflər ki, tərsinə olmadı.

- Bu yaxınlarda, elə doğma teatrnızın divarlarında sizin 70 illik yubileyiniz keçirildi, sənətinizə verilən qiymətlərdən razısınızmı?

- Sırf 70 illik yubileyimlə bağlı heç bir mükafat almasam da, aktyorun həyatında ola bilən bütün fəxri adlara və fərmanlara layiq görülmüşəm. Amma mənim üçün ən böyük mükafat tamaşaçı sevgisi oldu. Yubiley gecəmdə boş yer tapılmadı, zalda əlavə stullar qoyulmuşdu, foye belə dolmuşdu, bundan da əlavə azı 200 adam geri qayıtmalı olmuşdu. Akytor üçün bundan böyük mükafat nə ola bilər?

- Bəs tamaşaçıların yaddaşında ən çox hansı rolla qalmısınız?

- Mən əsasən sevgi və qəhrəmanlıq rolları oynamışam. Teatrın aparıcı rollarını oynamışam. Və heç zaman hansısa rolu xahiş etməmişəm. Ürəyimdə hansı rol olubsa, o rolu oynamışam.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək

Milli teatr Türkiyə səfərindən qayıtdı

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Bölmənin digər xəbərləri
 
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla

Təzədən doğulur şair ölən gün
Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı.

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur

"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər