Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Polad Bülbüloğlu 65-i haqladı
Polad Bülbüloğlu 65-i haqladı
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla
Şənbə, 30.01.2010


Vaqif Əsədov, Azərbaycan Tarix və Mədəniyyət Abidəl
mətn ölçüsü  

Dünya şöhrətli mədəniyyət xadimi, RF-də fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun 65 yaşı tamam olur. Milli mədəniyyətimizin parlaq bir dövrü bu yaradıcı insanın adı ilə bağlıdır. Gözəl mahnıları, musiqi əsərləri ilə insanların bütöv bir nəslinin qəlbində özünə möhtəşəm abidə ucaltmışdır Polad Bülbüloğlu.

Gənclik illəri ötən əsrin 70-80-ci illərinə təsadüf etmiş bizim nəsil Polad Bülbüloğlunun parlaq yaradıcılıq illərini yaxşı xatırlayır. Bu qeyri-adi istedad sahibi böyük bir ölkənin - Sovetlər Birliyinin estrada səmasında ən parlaq ulduzlardan idi. Qəlb oxşayan mahnıları ilə çoxmilyonlu və çoxmillətli auditoriyanın qəlbini fəth etmişdi. Müslüm Maqomayev kimi onun da adı ölkə gəncləri arasında gözəllik, sevinc və məhəbbət rəmzinə çevrilmişdi. Paytaxt Moskvadakı çoxsaylı konsertlərdə Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko, Eduard Xill, Alla Puqaçova, Lüdmila Zıkina, Sofiya Rotaru, Bella Rudenko və digər ulduzlarla birlikdə çıxış edirdi. O vaxtdan bir çox ölkələrdə Azərbaycan musiqi mədəniyyətini layiqincə təqdim etmişdi. Xaricdə dünya şöhrətli musiqiçi kimi qarşılanır, konsertləri yüksək səviyyədə keçirdi.

Bir gənclik xatirəsi

Polad Bülbüloğlu ilə mən ilk dəfə uzaq 1969-cu ildə tanış olmuşam. Hər dəfə o günü xatırlayarkən qəlbimdə xoş xatirələr oyanır. O vaxtlar mən orta məktəbin 9-cu sinfində oxuyurdum. Bir dəfə musiqi dərsində Arif müəllim bildirdi ki, SSRİ xalq artisti, professor Murtuza Məmmədovun - Bülbülün oğlu Polad gözəl mahnılar bəstələyir və yaxşı müğənnidir.

Biz yaxşı bilirdik ki, Bülbül milli vokal musiqimizin əsasını qoyanlardan olmuşdur. Milli musiqimizin beşiyi Şuşa şəhərində doğulan Bülbül konservatoriya təhsilini başa vurduqdan sonra parlaq istedadı nəzərə alınaraq Azərbaycan hökuməti tərəfindən musiqi təhsilini davam etdirməsi üçün İtaliyanın Milan şəhərinə göndərilmişdi. Milanda o çağın məşhur musiqiçisi maestro Rafael Qratsiyanın tələbəsi olmuş, musiqi sənətinin sirlərini ondan öyrənmişdir. Təhsilini başa vurub vətənə qayıdan müğənni yeni, mütərəqqi ideyalar irəli sürərək milli musiqimizin inkişafına çalışmışdı.

REKLAM

Onun tövsiyəsi ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı operalar içərisində "Koroğlu" həm bəstəkara, həm də Bülbülə böyük şöhrət qazandırmışdı. 1937-ci ildə Moskvada "Koroğlu"nun təqdimatı olmuşdu. Baş rolda çıxış edən Bülbülün parlaq ifaçılıq məharəti Kremldə konsertə tamaşa edən ölkə rəhbərini valeh etmşdi. Bu konsert müğənniyə ölkə miqyasında böyük şöhrət qazandırmışdı.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun və dahi müğənni Bülbülün gərgin əməyinin məhsulu olan "Koroğlu" operasının onlarca tamaşası olmuşdur. 1950-ci ildə Bülbülə SSRİ Dövlət mükafatı laureatı adı verilmişdir.

Bülbül piano qarşısında əyləşib konsertlərə hazırlaşarkən kənarda dayanıb ona maraqla tamaşa edən oğlu Polada hərdənbir nəzər salır, bəlkə xəyalına belə gətirmirdi ki, evində sabahın istedadlı müğənnisi və bəstəkarı yetişir. Qəti deyə bilərik ki, bu yaradıcı musiqi mühiti və irsiyyət amili gənc musiqiçinin formalaşmasında mühüm rol oynamışdı.

Poladın anası Adilə xanım söyləyirdi ki, 1957-ci ildə Bakıda Opera və Balet Teatrında Bülbülün konserti gedirdi. Bu konsertdə tamaşaçılar üçün gözlənilməz hadisə baş verdi. Səhnəyə 12 yaşlı Polad çıxıb gözəl və zərif səslə "Evləri var xanə-xanə" xalq mahnısını ifa etdi. Bu mahnı Bülbülün sevimli mahnılarından idi. Mahnı bitən kimi konsert zalındakı tamaşaçılar Bülbülün varisi, istedadlı müğənninin çıxışını gurultulu və sürəkli alqışlarla mükafatlandırdılar. Xoşbəxt ata sevincindən qəhərlənmişdi, deməyə söz tapmırdı.

Adilə xanım onu da xatırlayırdı ki, 14 yaşlı Polad ilk dəfə 1959-cu ildə Dram Teatrında səhnədə oxuyan atasını pianoda müşayiət etmişdir. Tamaşaçıların sürəkli alqışları ilə başa çatan konsertin sonunda Bülbül ona verilən çoxsaylı gül buketlərini pianonun üstünə qoyub, Poladın əlindən tutub tamaşaçılara baş əymiş və demişdir ki, bu gün mənim həyatımda ən gözəl gündür. Bu gün mən tam əmin oldum ki, sevimli oğlum mənim sənət yolumun layiqli davamçısı olacaq, musiqi mədəniyyətimizin inkişafına xidmət edəcəkdir.

Yaxşı yadımdadır, 1969-cu ilin son aprel günlərindən biri idi. Aramsız yağışlardan sonra buludlar çəkilmiş, təmiz səmada bahar günəşi parlayır, məktəbin həyətindəki ağacların yarpaqlarından asılan şeh damcıları günəş şüalarını əks etdirərək brilyant qaşları kimi şəfəq saçırdı. Musiqi dərsinin başlanmasına bir neçə dəqiqə qalsa da, şagirdlər sinfə daxil olmağa tələsmirdilər: müəllim hələ gəlməmişdi.

Şagirdlər səmadakı təbiət möcüzəsini - göy qurşağını heyranlıqla müşahidə edirdilər. Bir azdan musiqi müəllimi gəldi. Mən fürsətdən istifadə edərək şagirdlərin müğənni-bəstəkar Poladla məktəbimizin akt zalında görüş keçirilməsini xahiş etdim. Mayın 2-də səhər tezdən məktəbin akt zalında bu görüşə hazırlıq görülürdü. Səhnəyə qoyulmuş təzə pianonun sazlığını yoxlayandan sonra Adil müəllim gülümsəyib mənə təklif etdi ki, gəl Polad müəllimgilin evinə birlikdə gedək. "Volqa" markalı qara taksi yarım saata bizi indiki respublika Rəssamlar İttifaqı binasına çatdırdı.

O illər bu binada görkəmli ziyalılar, ədiblər yaşayırdı. İkinci mərtəbədə qapının zəngini basdıq. Qapını qısaqol ağ köynək geymiş ucaboy, enlikürək, gülərüz bir gənc açıb bizi nəzakətlə qonaq otağına dəvət etdi. Polad gəlişimizin məqsədini bilib xeyli tərəddüd etdi. Sualedici nəzərlərlə mənə baxıb soruşdu ki, məktəbimizin akt zalında piano varmı? Nə vəziyyətdədir, kökləməyə ehtiyac varmı? Biləndə ki, piano sazdır və bütün məktəbin müəllim və şagirdləri onu gözləyir, gülümsəyib ayağa qalxdı. Binanın həyətində qəhvəyi rəngli "Pobeda"ya əyləşib yola düşdük.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"

Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib

Bölmənin digər xəbərləri
 
Xalq artisti Tariyel Qasımov: "Tamaşaçısız teatr suyu qurumuş dəyirman kimidir"
Mənasız televerilişlərə baxmaqdansa, aktyor insanları teatra dəvət edir

Təzədən doğulur şair ölən gün
Ömür vəfa etsəydi, görkəmli şair, dramaturq və tərcüməçi kimi tanınan Adil Babayevin bu il yanvarın 27-də 85 yaşı tamam olardı.

Elxan Xanəlizadə romanını iki versiyada təqdim edib
Oxucular "Yol"u oxumaqla, onu dinləyə də biləcəklər

"Sənədli televiziya filmləri bir kanalın mülkiyyətinə çevrilib"
Təşəbbüs qrupu ayrıca qurumun yaradılmasına ehtiyac duyur

"Göygöl"ün 40 yaşı qeyd edilib
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib

Tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetrajlı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib.

"Montanada muğam" filmi mükafat aldı
Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" ("Mugham in Montana") sənədli filmi Syear-Nevadada keçirilən kinofestivalda mükafata layiq görülüb.

Kola yarımadasında milli mədəniyyətlər festivalı
Yanvarın 31-də Kola yarımadasında milli mədəniyyətlər Festivalı keçiriləcək.

Gidon Kremer filarmoniyada çıxış edəcək
Fevralın 7-də tanınmış skripka ifaçısı Gidon Kremer Bakıda konsert verəcək.

Martda Vaqif Mustafazadənin yubileyidir
2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Bakıda kulturoloji seminar keçiriləcək
Bakıda "İtaliya mədəniyəyti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Nusə aləti Qədim Musiqi Alətləri Ansamblında ifa ediləcək

Opera Teatrında "Bohema" tamaşası göstəriləcək
Əsas partiyaları ilk dəfə azərbaycanlı aktyorlar ifa edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı

Brilliant Dadaşovanın sayt dilinin səbəbi açıqlandı


"Azərbaycan" adının qorxusu

"Azərbaycan" adının qorxusu


Novruz dəyərləri sınaq qarşısında

Novruz dəyərləri sınaq qarşısında


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər