Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Attestat qiymətləri qəbul imtahanlarında təsdiqlənmir
Attestat qiymətləri qəbul imtahanlarında təsdiqlənmir
Belə olan halda bu qiymətlər qəbulda nəzərə alına bilərmi?
Şənbə, 30.01.2010

A.Əhmədova mətn ölçüsü  

Attestat qiymətlərinin şişirdilməsi problemi dəfələrlə qabardılsa da, ali məktəblərə qəbul göstəriciləri bu halların hələ də tam aradan qaldırılmadığını göstərir. TQDK-nın qəbul imtahanlarında toplanılan ballar əsasında apardığı müqayisə də bunu təsdiqləyir.

Belə ki, orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 98,25 faizinin qəbul imtahanlarında da nəticələri çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 50,91 faizi attestat qiymətlərini təsdiq edə bilib. Bu da məktəblərdə aşağı qiymətlərlə qiymətləndirmənin obyektiv olduğunu, yüksək qiymətlərlə qiymətləndirmənin isə nisbətən şişirdildiyini göstərir.

Amma əvvəlki illərlə müqayisədə qiymətləndirmədə mövcud olan bu problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş də hiss olunur. Komissiyadan bildirilir ki, bu tədris ilindən fərqli olaraq ötən il yalnız 41,79 faiz əlaçı abituriyent öz attestat qiymətini təsdiq edə bilib:

"Görünür, bir neçə ildir ki, bu problemin tərəfimizdən qabardılması, onun pedaqoji ictimaiyyətin diqqətinə çatdırılması yerlərdə qiymətləndirmədə məsuliyyəti artırıb. Bununla belə, problemin hələ də ciddi olaraq qalması diqqətdən yayınmamalıdır. Çünki bu gün hələ də orta attestat qiymətləri 4-5 parçasında yerləşən abituriyentlərin kifayət qədər böyük hissəsinin - 26,63 faizinin qəbul imtahanlarında topladıqları balları 0-200 parçasında yerləşir".

TQDK rəsmiləri nə düşünür?

Bu rəqəmlər isə dəfələrlə səsləndirilən təkliflərdən birinin - attestat qiymətlərinin ali məktəblərə qəbul zamanı nəzərə alınmasını hələ ki arxa plana keçirir. İndiki vəziyyətdə TQDK rəsmiləri də belə bir addımın yeni problemlərə yol açacağı qənaətindədir:

"Bəzən təhsilin bir pilləsində əldə olmuş nailiyyətlərin digər pilləyə keçiddə nəzərə alınması ilə bağlı təkliflər verilir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, bu, təhsildə müəyyən həvəsləndirmə metodu kimi tətbiq oluna bilər. İndiki halda isə attestat qiymətləri ali məktəbə qəbul zamanı nəzərə alınarsa və bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçı"lar öz biliyi hesabına bal toplayanları sıxışdırıb ali məktəbə qəbul ola bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

TQDK ekspertlərinin fikrincə, qiymətləndirmənin mövcud problemi digər faktorlarla yanaşı, ümumi orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən də irəli gəlir. Qiymət meyarları müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənir. Bunun nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir rayon məktəbində "əla", digər rayon məktəbində isə "kafi" qiymətləndirilir. Orta ümumtəhsil məktəblərində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə TQDK yeni məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabçaları nəşr edib. TN tərəfindən bəyənilən kitabçalar dərs vəsaiti kimi də təsdiqlənib. Kitabçalarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub. TQDK mütəxəssislərinin fikrincə, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemində ölçmək imkanı əldə edə bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İstirahət mərkəzləri azdır

Suvarma suyunun tarifləri necə olsun?

Neftin qiyməti hələ artacaq

Neftin qiyməti yenə də qalxarsa...

Yerli müəssisələrin səhmləri ucuzlaşıb

Bölmənin digər xəbərləri
 
Əli Məsimli: "Dövlət ağır yükü öz üzərinə götürməlidir"
Təhsil kreditlərinin verilməsinə başlanılmazsa, bu, Azərbaycanın gələcəyini dəhşətli məcraya aparacaq

Bibiheybətdəki evlər söküləcək
200 evin sökülməsi üçün məhkəmə qərarı var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər